"Lazım gəlsə "İncirlik"i də bağlayarıq,"Kürecik"i də bağlayarıq"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Senatının "erməni soyqırımı" qərarına bağlı, "Yeri gəldiyi zaman oturarıq bütün heyətlərimizlə birlikdə, bağlanılması lazımdırsa "İncirlik"i də bağlayarıq,"Kürecik"i də bağlayarıq" deyib.
ABŞ Senatı qondarma "erməni soyqırımı"nın tanınması barədə qətnamə qəbul edib.
"İncirlik" Türkiyə Silahlı Qüvvələri və Amerikan Hava Qüvvələrinin xidmətində ortaq hərbi bazadır.
Qondarma Erməni soyqırımı məsələsi ilə əlaqədar, ABŞ-dakı rəsmilərin mövzunu tam olaraq bilmədiyini qeyd edən Ərdoğan, "Sözdə Erməni soyqırımı mövzusunda bunları bütün oradakı rəsmilərə izah etdiyimiz zaman bəziləri baxıram mövzu haqqında məlumatlı deyillər. Biz, 1 milyonun üzərindəki sənədi, hazırda Silahlı Qüvvətlərimizin əlindəki sənədi, orada arxivlərimizdəki sənədi açırıq, 'Buyurun' deyirik. Gəlsin tarixçilər, hüquqşunaslar bunları araşdırsın. Yaxşı Amerikada varmı? Amerikada yalnız Harvardda bir miqdar bu cür sənədlər olduğu deyilir, onlar da açsın. Bir miqdar Fransada olduğu deyilir, onlar da açsın. Ermənistanda varmı, yox. Bütün hər kəs bu cür arxivlərini açsınlar və bu arxivlər, qurulacaq olan tarixçilərdən ibarət heyətlər tərəfindən araşdırılsın. Hüquqçular tərəfindən, arxeloqlar tərəfindən araşdırılsın. Ondan sonra lazım olsa biz siyasətçilər baxarıq. Çünki bu qərar siyasətçilərin verəcəyi bir qərar deyil" - ifadələrini istifadə edib.
Ərdoğan əlavə edib:
"Bəziləri Trampı zəiflətmək məqsədilə ölkəmizlə əlaqədar məsələləri öz mənfəətləri üçün sui-istifadə etdiklərini görməkdəyik. Trampın səlahiyyətlər bir çox şeyi dəyişdirə bilmir. Çünki qərarverici tək başına Tramp deyil. Bu hərəkətlər, müttəfiqlik əlaqələrimizin ruhu ilə uyğun gəlmədiyi kimi ABŞ rəhbərliyi ilə 17 Oktyabr tarixində Suriya mövzusunda əldə edilmiş razılaşmaya da zidddir".
Qeyd edək ki, Türkiyənin ABŞ ilə əlaqələrinin pisləşməsi ilə əlaqədar olaraq Lirə ucuzlaşır. Bu gün Türk Lirəsi Dollar qarşısında 0,3% də dəyərdən düşüb. Dollar/Türk Lirəsi məzənnəsi 5.82 səviyyəsini aşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








