Avronun bahalaşması davam edə bilər - ÖNƏMLİ MƏLUMATLAR AÇIQLANACAQ
Dünya birjalarında bu həftə risk iştahı daha da artmaqla yanaşı, açıqlanacaq önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzində olacaqdır.
EUR
ABŞ və Çin arasında yanvarın ilk həftəsində imzalanması planlaşdırılan ticarət sazişinin ilkin mərhələsi üçün razılaşmanın əldə edilməsində sonra dünya birjalarında risk iştahı daha da artıb. Beləliklə, EUR/USD məzənnəsi 1.11$-ın üzərində qaldıqca, bahalaşmaqda davam edə biləcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, bazar ertəsi Bakı vaxtı ilə saat 13:00-da Avrozonanın sənaye və xidmət sektorlarında biznes aktivliyi indekslərinin, çərşənbə axşamı saat 17:30 ABŞ-ın sənaye və cümə axşamı saat 19:00-da tikinti sektoru və cümə günü saat 17:30-da iqtisadi inkişafa dair məlumatların açıqlanması da investorların diqqət mərkəzində olacaqdır.
GBP
İngiltərədə keçirilən növbədən kənar parlament seçkilərində sonra AB ilə Breksit fonunda gələcək münasibətlər daha da aydınlaşıb. Nəticədə GBP/USD məzənnəsində də bahalaşma müşahidə edilir və bu, 37$-a kimi davam edə bilər.
Qeyd etmək lazımdır ki, parlamentdə üstünlüyü ələ alan hökümət tərəfdarları üçün bundan sonra iki prioritet mövzu yanvarın 31-də Breksitin baş tutması və gələcək bir il ərzində iki tərəf arasında ticarət sazişinin razılaşdırılması olacaqdır.
TRY
USD/TRY məzənnəsində bahalaşma müşahidə edilir və təhlillər qiymətin 5.87TL-yə kimi inkişaf edə biləcəyinə işarədir.
TCMB-nin faiz azaldılması onun xarici hesablaşmalarda müsbət saldosunun azalmasına səbəb olmaqla yanaşı, lirənin də ucuzlaşmasına səbəb olur. Bu gün saat 11:00-da isə pərakəndə satış dövriyyəsi və ticarət balansı ilə bağlı önəmli fundamental göstəricilər investorların diqqət mərkəzində olacaqdır.
OIL
Enerji birjalarında Avropanın Brent markalı neftinin bir barel qiymətində bahalaşma davam etməkdədir və 67$-a kimi də davam edə biləcəyi proqnozları da aktuallığını qorumaqdadır.
Çərşənbə günü saat 19:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında isə qızılın qiyməti son beş həftənin maksimum və minimumları aralığında dalğalanmaqda davam edir. Lakin təhlillər proqnozların qiymətin bahalaşa biləcəyi ağırlığında olduğunu göstərir. Belə ki, bir unsiya üzrə qiymət 1478$-ın (46.5 $/qram) üzərində möhkəmlənərsə, 1498$-a (46.5 $/qram) kimi dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
17 d. əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 19 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
2 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
2 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Ən çox oxunanlar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır






.jpg)









.jpg)




