"Daşınmaz əmlakın sığortasının icbari olması düzgün deyil"
"Son günlər əhali arasında söz gəzir ki, növbəti ildən daşınmaz əmlakın (yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin) icbari sığortası qüvvəyə minir, buna görə də bu ilin sonunadək kim sığorta müqaviləsi bağlamasa, cərimələnəcək".
Bunu iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib.
"Əslində, sözügedən icbari sığorta növü “İcbari sığortalar haqqında” Qanunun 2-ci fəslinə əsasən 2011-ci ildən mövcuddur və məcburidir (sığorta haqqı Bakıda 50, Gəncə, Sumqayıt və Naxçıvanda 40, digər yerlərdə isə 30 manatdır). Sadəcə əhalinin mütləq əksəriyyəti əmlakını sığorta etdirmir. İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə görə yerli icra hakimiyyəti orqanları buna görə vətəndaşları 30 manat məbləğində cərimə edə bilər. Özü də hər 20 gündən bir (əgər vətəndaş sonuncu cərimədən sonra 20 gün ərzində sığorta müqaviləsi bağlamasa). Amma etmirlər.
Məndə olan məlumata görə son günlər vətəndaşların aldığı bildirişləri yerli icra hakimiyyəti orqanları göndərməyib. Bəs onda kim göndərib? Böyük ehtimalla sığorta şirkətləri. Yəqin ilin sonunda ajiotaj yaradaraq xeyli gəlir əldə etmək istəyirlər.
İnandırıcı deyil ki, yerli icra hakimiyyəti orqanları seçkiqabağı insanları kütləvi cərimələməyə başlasın. 8 il ərzində heç nə etməyiblər. İndi birdən birə niyə etsinlər ki? Özü də heç bir maarifləndirmə işi aparmadan.
Bütövlükdə, sözügedən sığorta növünün icbari olmasının özü düzgün deyil. Hər kəs öz əmlakını sığortalamaqda sərbəst olmalıdır (axı söhbət üçüncü şəxslərə deyil, mülkiyyətçinin özünə dəyə biləcək zərərdən gedir). Yəni bu, könüllü sığorta növü olmalıdır. Buna görə də narahat olmuş vətəndaşlarımıza tövsiyəm budur ki, deputatlığa namizədlərdən xahiş etsinlər ki, bu sığorta növünü gələcəkdə könüllü etsinlər. Yəni qanuna dəyişiklik etsinlər", - deyə o, qeyd edib.
© "Renkinq"
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə “LEGIS Hüquq Forum”u uğurla başa çatıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
-
11 saat əvvəl
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
-
11 saat əvvəl
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Ən çox oxunanlar
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
Soyuq hava qlobal istiləşməni təkzib etmir






















