Hər kəsi dəli edən Fed sədri
Hazırkı Fed sədri Jerome Powell (Cerom Pauel) yalnız ABŞ Prezidentinin tənqidləri ilə mübarizə edərkən, Dekabrın 8-də vəfat edən keçmiş Fed sədri Paul Volcker, o dövrdəki siyasətilə ABŞ xalqının böyük bir seqmentinin qəzəbinə məruz qalmışdı.
"Marja"nın məlumatına görə, 92 yaşında vəfat edən və ABŞ-ın yüksək inflyasiya dövründə Fed sədri olaraq çalışmış Volcker inflyasiya siyasəti səbəbilə ABŞ-lı fermerlər, inşaatçılar kimi bir çox seqmentin nifrətini qazanmışdı. Volckerin bioqrafiyasını yazan William Silber "Hər kəs ona çox hirsli idi. İnsanların yüksək kredit faizləri səbəbilə ona avtomobillərinin açarlarını göndərmələri kimi bəzi hekayələr var" şərhini edib.
1979-da Jimmy Carter dövründə vəzifəyə başlayan Volcker 1983-cü ildə Ronald Reagan dövründə də 2-ci dəfə Fed sədri olaraq təyin edilmişdi.
Volcker ilk sədr olduğu dövrdə ikirəqəmli səviyyələrə çatan inflyasiyanı nəzarət altına almaq üçün faiz nisbətlərini bənzəri görülməmiş səviyyəyə - 21.5%-ə yüksəltmişdi.
Volckerin faiz artırmasından sonra işsizlik nisbəti 10.8%-ə qalxmış, iqtisadiyyat da durğunluğa girmişdi. Yaranan ziyan səbəbilə Volcker də saysız düşmən qazanmış, fermerlər traktorları ilə Fed binasının qarşısına gedərək etiraz etmiş, avtomobil satıcıları satış edə bilmədikləri səbəbilə ona etiraz olaraq avtomobil açarları göndərmişdilər.
Carterin ardından ABŞ Prezidenti seçilən Ronald Reagan Volcker mövzusunda təmkinli idi. Volcker illər sonra etdiyi açıqlamada o dövrdə Reagan və məsləhətçis James Baker ilə gizli bir yığıncaq keçirdiklərini, Baker-ın ona Prezident seçkisini qazanana qədər faiz artırmaması üçün təzyiq etdiyini bildirmişdi.
Ağ Ev, o dövrdə 7 Fed İdarə heyəti üzvündən 4-ünə Volckerin fikirlərinə müxalif olan şəxsləri təyin etmiş, bu müxalifət Volckerin vəzifəsinin 2-ci dövründə, 1987-ci ildə istefa verməsinə səbəb olmuşdu.
İnflyasiya 1983-cü ildə 4%-dən aşağı düşdüyündə Volcker-ə qarşı reaksiyalar da azalmışdı. Volckerin qərarları hələ də müzakirə edilsə də inflyasiya o dövrdən bu yana nəzarət altında qalıb. Fed sədri Jerome Powell Volckerin ölümündən kədərləndiyini dilə gətirərək "O dövlətə xidmətdən daha böyük bir vəzifə olmadığını düşünən biri idi" ifadəsini istifadə edib.
1.İnflyasiya o dövrdə kəskin yüksəlmişdi
2. Fed faizlərinin tarixçəsi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
4 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir







.jpg)



.jpg)




