Hesab.az -da Masterpass kampaniyası davam edir!
(®) Daim istifadçilərini sevindirməyə çalışan Hesab.az, Noyabrın 26-dan başladığı Masterpass kampaniyası davam edir.
Artıq kampaniyadan 700-dən çox istifadəçi yararlanaraq, Hesab.az-da Masterpass-da saxlanılan kart ilə 20 AZN ödəniş edərək, dərhal 3 AZN endirim əldə etdilər.
Qeyd edək ki, bu yaxınlarda Hesab.az-da təqdim edilən yeniliyə əsasən Hesab.az veb səhifəsində “Masterpass”la bir toxunuşla və təhlükəsiz ödəniş etmək mümkündür. Eləcə də, yaxın günlərdə Hesab.az mobil tətbiqində Hesab.az istifadəçiləri “Masterpass”-la kartı yaddaşda saxlaya və ya “Masterpass”-da saxlanılmış kartla ödəniş edə biləcəklər.
Hesab.az-da “Masterpass” kampaniyasına qoşulmaq istəyən istifadəçilərə bildirmək istərdik ki, əgər “Masterpass”da öncədən saxlanılan kartınız varsa, ödəniş mərhələsinə keçdiyiniz zaman sizə ödəniş etməyiniz üçün həmin kartlar təklif olunacaq. Əgər “Masterpass”da öncədən saxladığınız kartınız yoxdursa, sizə ”Masterpass”da kartınızı saxlayın” bildirişi görünəcək və kart məlumatlarınızı daxil edərək “Masterpass”da kartınızı bir neçə saniyədə yaddaşda saxlaya biləcəksiniz.
“ Masterpass” kampaniyasının şərtlərinə əsasən istifadəçilər, Hesab.az veb səhifəsində kommunal, internet, mobil, stasionar telefon, kabel TV, Naxçıvan ödənişlərini MasterCard və Maestro kartları ilə Masterpass vasitəsilə minimum 20 AZN məbləğində ödəniş yerinə yetirməklə, dərhal 3 AZN endirim əldə edə bilərlər.
Qeyd edilən kampaniya Hesab.az veb və mobil görünüş səhifəsindən (www.hesab.az , m.hesab.az) edilən ödənişlərə aid edilir ki, burada hər qeydiyyatlı istifadəçi kampaniyadan yalnız bir dəfə iştirak edərək, kampaniyadan yararlana bilər. Həmçinin hər bir kart və mobil nömrə ilə kampaniyada yalnız 1 dəfə iştirak etmək mümkündür.
Hesab.az-da keçirilən “Masterpass” kampaniyasında ilk 3000 nəfərin endirim əldə edilməsi nəzərdə tutulub.Bundan əlavə, kampaniyadan yalnz Masterpass-a artıq qoşulmuş və yeni qoşulan istifadəçilər yararlana bilər.
Kampaniya haqqında daha ətraflı: https://hesab.az/#/masterpass
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
6 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
6 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
6 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 7 saat əvvəl
-
7 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















