4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün bu il oktyabrın 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 milyard 994 milyon 816 min manat), "PAŞA Bank" (1 milyard 637 milyon 116 min manat), "Xalq Bank" (1 milyard 544 milyon 921 min manat) və "Kapital Bank"dır (1 milyard 447 milyon 72 min manat).
Qalan 26 bankdan 20-də kredit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 4 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.
9 bankın kredit portfeli azalıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun bu il oktyabrın 1-nə kredit portfeli illik müqayisədə az olub.
"Renkinq" xəbər verir ki, bunlar "Access Bank", "Amrah Bank", "Bank VTB Azərbaycan", "Muğan Bank", "Premium Bank", "Atabank", "Express Bank", "AGBank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma "Access Bank"da (3,8%), ən çox azalma isə Pakistan bankında (43,4%) qeydə alınıb.
Qalan 21 bankın kredit portfeli isə artıb. Ən yüksək dinamika "AFB Bank"da (63,9%), ən aşağı dinamika isə "Bank of Baku"da (0,4%) qeydə alınıb.
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
13 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
20 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
21 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
22 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















