Neft Çinin açıqlamasından sonra kəskin ucuzlaşıb
Çin, ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan "Honq Konq İnsan Haqları və Demokratiya Qanunu"nun tətbiq olunmasının iki ölkə arasında əhəmiyyətli sahələrdə əməkdaşlığı "baltalayacağını" açıqlayıb.
"Marja" xəbər verir ki, açıqlamanın ardından neft qiymətləri kəskin düşüb. Brent nefti 4,4% ucuzlaşaraq barelinin qiyməti 60,49 dollara geriləyib. ABŞ xam nefti isə 4,6% ucuzlaşaraq barelinin qitməti 55.42 dollara düşüb.
Dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət razılaşmasının imzalanacağı gözlənirdi. Əgər bu razılaşama baş tutmasa qlobal iqtisadiyyatın yeni böhrana daxil olacağı, neftə tələbin azalacağı və qiymətlərin daha da düşəcəyi dilə gətirilir.
Çin Xarici İşlər Nazirliyinin spikeri Gıng Şuang, təşkil etdiyi mətbuat konfransında, Trampın Honq Konqdakı nümayişlərdə tətbiq olunan güc və insan haqqları pozuntularına görə məsuliyyət daşıyan Çinli rəsmilərə sanksiya tətbiq olunmasını nəzərdə tutan qanun layihəsini imzalamasına dair açıqlamalar verib.
Bir jurnalistin, "Donald Trampın qanunu imzalaması davam edən ticarət danışıqlarına təsir edəcəkmi?" sualına verdiyi cavabında Gıng, qanunun tətbiq olunması halında iki ölkə arasındakı əməkdaşlığı baltalayacağını bildirib.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
- 5 saat əvvəl
-
5 saat əvvəl
2 otaq studiyadan 4 otaqlıya qədər: “Park Yasamal”da yeni mənzillər satışdadır!
-
6 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 5 milyon manatlıq boru istehsalı layihəsi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
Ən çox oxunanlar
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
İyunun 5-nin hava proqnozu - 32 dərəcəyədək isti gözlənilir
Yollarda yeni tanınma nişanı olacaq
Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
Yayın ilk böyük endirimi!
























