“Expressbank”ın səhmdarlarının pay bölgüsü dəyişib
“Expressbank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
Bu, Bankın nizamnamə kapitalının 18% və yaxud 24 milyon 712 min manat azaldılaraq 137 milyon 257 min manatdan 112 milyon 545 minn manata endirilməsindən sonra baş verib.
Beləliklə, indiyə qədər “Expressbank”ın səhmlərinin 40%-nə nəzarət edən “Azenco Group” MMC payını 48,8%-ə, “Enerqoservis” MMC payını 17,7%-dən 21,6%-ə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti isə payını 0,3%-dən 0,4%-ə çatdırıb.
Əvəzində digər səhmdarlar - Hikmət Xammədovun payı 25%-dən 19,5%-ə, Hafiz Seyidovun payı isə 17%-dən 9,8%-ə düşüb. Göründüyü kimi, Bankın fiziki şəxs səhmdarları nizamnamə kapitalındakı paylarının bir hissəsini geri götürüblər.
Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























