"Maliyyə Bazarlarına Nəzarət Palatası lüzumsuz orqandır", - AÇIQLAMA, YENİLƏNİB
Mərkəzi Bank, Dövlət Neft Fondu və Maliyyə Bazarlarına Nəzarət Palatasının birləşdiriləcəyi iddia edilir.
Dünya praktikasında belə bir təcrübə varmı? Bu optimallaşdırma siyasəti hansı iqtisadi nəticələrə səbəb ola bilər?
Bu qəbildən olan sualları Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov cavablandırıb.
V.Əhmədov qeyd edib ki, ölkə başçısının start verdiyi islahatlar çərçivəsində bu cür optimallaşdırılma aparılması mümkündür:
“Təbii ki, bu, ölkə başçısının səlahiyyətində olan məsələdir. Ümumilikdə bu optimallaşdırmaya getməzdən əvvəl araşdırmalar aparılmalı, onun effektlilik dərəcəsi nəzərə alınmalıdır. Elə etmək lazımdır ki, həm iqtisadi cəhətdən effektli olsun, həm də optimallaşdırmadan sonra ciddi problemlər yaranmasın.
Faktiki olaraq neft ixrac edən bütün dövətlərdə Neft Fondu fəaliyyət göstərir. Onların hər biri qəbul edilmiş nizamnaməyə uyğun olaraq çalışırlar. Dövlət Neft Fondu Mərkəzi Bankla əlaqəlidir, hərraclarda iştirak edir. Onların birləşdirilməsində heç bir maneə yoxdur”.

O ki qaldı Maliyyə Bazarlarına Nəzarət Palatasına, parlamentari qeyd edib ki, bu, lüzumsuz orqandır:
“Onun ayrıca fəaliyyət göstərməsinə heç bir ehtiyac yoxdur. Onsuz da Mərkəzi Bank o fəaliyyəti yerinə yetirir. Ümumilikdə bu 3 qurumun birləşdirilməsi mümkündür. Hətta bu optimallaşdırma siyasətinin bank sisteminin sağlamlaşdırılmasında böyük əhəmiyyəti ola bilər. Faktiki olaraq pul-kredit siyasətini həyata keçirən Mərkəzi Bankdır. Bütün xəzinə də buradadır. Belə optimallaşdırma siyasətinin aparılmasını düzgün hesab edirəm. Bu, daha çox Azərbaycan iqtisadiyyatının inkişafına səmərə verə, hətta bank sisteminin dirçəlməsində müəyyən rol oynaya bilər”.
Qeyd edək ki, bir sıra iqtisadçılar, Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektoru ilə bərabər sığorta, kapital bazarlarını, lotoreya fəaliyyətini tənzimlədiyindən və nəzarət etdiyindən, bu qurumun ləğv edilməsini inandırıcı hesab etmirlər.
Dünyanın bir sıra ölkələrində, bank sektorunu tənzimləyən və nəzarət edən qurum Mərkəzi Banka tabe deyil.
Lakin Dövlət Neft Fondunun Mərkəzi Banka birləşdirilməsi baş verə bilər. Məsələn, bu addıma səbəb kimi valyuta ehtiyatlarının bir mərkəzdən idarə edilməsi məqsədi göstərilə bilər
"Marja"nın sorğusu əsasında, Maliyyə Bazarlarına Nəzarət Palatası Vahid Əhmədovun səsləndirdiyi fikirlərə münasibət bildirib:
"Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılmışdır. Qurumun ləğvini və yenidən təşkilini də məhz Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Vahid Əhmədovun fikirlərinə gəlincə, o ağsaqqaldır və yaşına görə bu kimi subyektiv fikirlər səsləndirməsi normaldır".
© "Modern"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
19 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















