Azərbaycanda törəməsi olan bank 950 milyon dollarlıq kredit cəlb edib
Türkiyədə fəaliyyət göstərən və Azərbaycanda törəmə bankı olan "Yapı Kredi", 2019-cu ilin ikinci yarısında 21 ölkədən 39 bankın iştirakı ilə 950 milyon dollarlıq sindikatlaşdırılmış kredit cəlb edib.
"Marja" Bankın açıqlamasına istinadən xəbər verir ki, ilin ikinci yarısında sindikatlaşdırılmış kredit alışı təkliflərinə 1 milyard dolların üzərində tələb gəlib. "Bankımıza daha çox kreditin veriləmsi istəyi beynəlxalq bazarlrda Türkiyəyə və "Yapı Kredi"yə olan etibarı bir daha göstərdi", - Bankın açıqlamasında deyilir
Sindikatlaşdırılmış kreditin müddəti 367 gün təyin olunub. Kreditin cəmi xərci isə libor + 2,25% və euribor + 2,10% olaraq reallaşıb.
Bankın İdarə Heyətinin sədri Gökhan Erün bildirib ki, sərfəli faiz nisbətləri ilə iki ayrı valyutada cəlb edilən bu kredit, xarici ticarətin maliyyələşdirilməsində və ümumi təşkilati məqsədlər üçün istifadə ediləcək.
"Yapı Kredi"nin cəlb etdiyi 950 milyon dollarlıq sindikatlaşdırılmış krediti "Bank of America Merrill Lynch" təşkil edib. Koordinatorluğunu "The Commercial Bank Qatar" və "Emirates NBD Capital Limited", vasitəçiliyini isə "Mizuho Bank Ltd" boynuna götürüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 19 d. əvvəl
-
- 25 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
3 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
3 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda Qərb Sənaye Parkı yaradıldı - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Ən çox oxunanlar
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı






















