“Nərimanfilm” kinostudiyası Caspian Energy Forum Baku 2017-nin partnyoru olub
“Nərimanfilm” şirkəti 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com) partnyoru oldu.
“Nərimanfilm” kinostudiyasının İdarə heyətinin sədri Nəriman Məmmədov qeyd edib ki, şirkət CEİBC-nin fəaliyyətini, həyata keçirdiyi tədbir və forumları yüksək qiymətləndirir. Onun sözlərinə görə, ölkənin qeyri-neft sektorunu fəal şəkildə inkişaf etdirdiyi bir vaxtda bu cür forumlar keçirmək yolu ilə dövlətin atdığı addımları və həyata keçirdiyi iqtisadi islahatları dəstəkləmək az əhəmiyyət daşımır. “Qeyd edilməlidir ki, “Brands of Azerbaijan” adı altında təşkil ediləcək forumun üçüncü sessiyası qeyri-neft sektoruna həsr olunub. Həmin sessiyada qeyd olunan sahə üzrə nazir və dövlət məmurlarının bugünkü aktual məsələlər və problemlərlə bağlı çıxış edəcəkləri gözlənilir. Məhz bu cür forumlar böyük miqdarda xarici investisiyaların cəlb edilməsi, biznes mühitinin yaxşılaşması və xarici şirkətlərlə yerli şirkətlər arasında əlaqələrin qurulması üzrə strategiyanın ayrılmaz mexanizmidir”, - deyə N.Məmmədov çıxışına yekun vurub.
“Biz “Nərimanfilm” şirkətini partnyorlarımız sırasında görməkdən məmnunuq. Bu, Klub və Forumun iqtisadiyyatın müxtəlif sahələrindən olan şirkətləri özündə birləşdirmək iqtidarında olduğunu növbəti dəfə nümayiş etdirdi”, - deyə Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
“Nərimanfilm” 1994-cü ildə müştərilərə və partnyorlara yaxşı məhsul və xidmət təqdim etmək məqsədilə təsis olunub və təcrübəli ssenariçi, rejissor, texnik və dizayner komandası yaradıb. “Nərimanfilm” həm peşəkar video və foto çəkilişləri, həm də seçilmiş biznes sahələrində yeni texnoloji media qərarlarının tətbiqi üzrə qabaqcıl provayderlərdən biridir. Kino və video məhsulları istehsalı üzrə tam xidmət spektri təklif edən şirkət AZ Cinema Online internet-kinoteatrına sahibdir.
"Bizim fikrimizcə, ən vacib məqam Caspian Energy Forum-2017-yə Azərbaycan Respublikası Prezidenti, Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatları dəstəkləyən və bu proseslərdə fəal iştirak edən hökumət nümayəndələrinin, nəhəng şirkət və təşkilat rəhbərlərinin qatılmasıdır. Biz Azərbaycan Prezidenti Administrasiyasına, xahişimizi müsbət cavablandıran və iqtisadi islahatların ilkin nəticələrinə həsr olunmuş foruma qatılmağa, həmçinin Azərbaycanda fəaliyyət göstərmək niyyətində olan şirkətləri narahat edən problemlərin, məsələlərin və təklifləri müzakirəsində spiker və iştirakçı qismində çıxış etməyə razılıq verən bütün hökumət üzvlərinə, nazirlərə, dövlət komitələrinin, dövlət agentliklərinin və dövlət şirkətlərinin rəhbərlərinə, təşəkkür edirik", - deyə Telman Əliyev vurğulayıb.
Caspian Energy Forum-2017-yə həmçinin avrokomissarlar, Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaqlar. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 deleqat iştirak edəcək.
Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər region dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.
4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin baş sponsoru Azersun Holding, sponsorları “Veysəloğlu” şirkətlər qrupu, Cross Caspian Oil and Gas Logistics LLC, PolyMart və “R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti, partnyorları “ASE EXPRESS & OCS, DSV”, “Azpetrol Ltd” MMC, “AzMetco” ASC, SİNAM və “Nərimanfilm” şirkətləridir.
Forumda iştirak etmək üçün http://caspianenergyforum.com/index.php/en/registration linki vasitəsilə qeydiyyatdan keçilməlidir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
16 d. əvvəl
Azərbaycan sürücüsüz nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır - qanunlara dəyişiklik edilir
-
-
48 d. əvvəl
Əfsanəvi "Atletlər kəndi"ndə yeni dövr: "Olympic Residence" yaşayış kompleksi satışa çıxarılır!
-
1 saat əvvəl
Mənzil sahibi olmaq arzusu rəqəmsal şansın ümidinə qalanda...
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
“Ekolizinq”in xalis mənfəəti kəskin artıb
İsrail-Livan atəşkəsindən sonra neft ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"MİDA" şirkətinin gəlir və xərcləri açıqlanmır - Mənzil İnşaatı Dövlət Agentliyinin isə əməliyyat zərəri kəskin artıb
“ABB-İnvest” 2025-ci ili 2,35 milyon manat mənfəətlə başa vurub - Aktivləri 30 milyon manatı keçib, kapitalı 40% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
“ATL TECH” 2025-ci ili mənfəət ilə başa vurub
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək



















