Azərbaycanın ən böyük bankı daşınmaz əmlak kreditlərini artırıb
“Azərbaycan Beynəlxalq Bankı” müştərilərə verilmiş kreditlərin tərkibi barədə bəzi məlumatları açıqlayıb.
“Marja” Banka istinadən xəbər verir ki, 30 Sentyabr 2019-cu il tarixində “Azərbaycan Beynəlxalq Bankı”nın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2 milyard 247 milyon 125 min manat təşkil edib. Ötən ilin sonu ilə müqayisədə 9 ay ərzində kredit portfeli 324 milyon 93 min manat artıb. Bankın kredit portfeli 31 Dekabr 2018-ci il tarixində 1 milyard 923 milyon 33 min manat idi.
Müştərilərə verilmiş kreditlərin 1 milyard 186 milyon 304 min manatını biznes kreditləri, 463 milyon 513 min manatını istehlak kreditləri, 597 milyon 308 min manatını daşınmaz əmlak kreditləri (əsasən ipoteka kreditləri) təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə biznes kreditləri 160 milyon 532 min manat, istehlak kreditləri 141 milyon 531 min manat, daşınmaz əmlak kreditləri isə 22 milyon 30 min manat artıb.
ARTAN KREDİTLƏR QAZANCI DA ARTIRIB
Müştərilərə verilən kreditlərin artması bankın faiz gəlirlərinin artmasında əks olunub. Ötən ilin 9 ayında “Azərbaycan Beynəlxalq Bankı”nın faiz gəlirləri 308 milyon 866 min manat ikən, bu ilin eyni dövründə 334 milyon 194 min manat təşkil edib (8,2% artım). O cümlədən, müştərilərə verilmiş kreditlərdən əldə edilən faiz gəlirləri isə 127 milyon 861 min manatdan 144 milyon 282 min manata qalxıb (12,8% artım).
"Azərbaycan Beynəlxalq Bank" ASC 9 milyard 321 milyon 336 min manat cəmi aktivləri ilə Azərbaycanın ən böyük bankıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti

























