Azərbaycanda yeni tender platforması işə düşüb – SAATLARLA AXTARIŞA SON
Azərbaycanda hüquqi və fiziki şəxlər üçün tender platforması olan www.TENDER.az fəaliyyətə başlayıb.
Layihənin rəhbəri Elvin Əliyev “Marja”ya bildirdi ki, www.TENDER.az Azərbaycanda biznesin inkişafına xidmət edən “startup”dır:
“Platformasının məqsədi xidmət və mala ehtiyacı olanlar və bunları təklif edənlər arasında sürətli əlaqənin təmin edilməsidir. Layihə Azərbaycanda biznesin inkişafı və bu fəaliyyəti göstərən, öz biznesini geniş kütləyə təqdim etmək istəyən hüquqi və fiziki şəxslərə dəstək üçün yaradılmışdır.
Platformada müxtəlif sektorlarda fəaliyyət göstərən mindən çox sahibkar qeydiyyatdan keçərək öz xidmətlərini və məhsullarını təqdim etmişlər.
Ən vacib funksiyalardan biri sahibkarların, müştərilərin rəyləri əsasında formalaşan reytinqidir. Dürüst və keyfiyyətli xidmət göstərən sahibkarlar bu reytinq əsasında platformada irəli çəkilərək daha çox müştəri əldə edəcəklər. Bu funksiya müştəriyə etibarlı icraçının seçilməsində yardım edəcək.
Platformanın təməl prinsipi satınalmalar sahəsində maksimal şəffaflığının təmin edilməsidir. Bu xidmət, təchizat şöbələrinin işini sürətləndirəcək. Sifarişçilər tələb olunan mal və ya xidməti platforma üzəridən bir neçə şirkətdən təklif alaraq daha sərfəli qiymətə əldə edə biləcəklər. Şirkətlərdə təchizat və satış proseslərinin vahid bir platforma üzərindən aparılması, şirkət rəhbərləri üçün istənilən zaman həm təchizat həm də satış şöbələrinin işinin yoxlamasına şərait yaradacaq, şirkətlərdə satınalmanın şəffaf aparılması, sağlam rəqabətin aparılması və yeni şirkətlərin bazara girməsini təmin etməkdir.
Elvin Əliyev portalda qeydiyyatdan keçdikdən sonra sahibkarlara təqdim edilən imkanlar haqqında da məlumat verdi:
-Şirkətlər və fiziki şəxslər öz profil səhifələrini yaradaraq, göstərdikləri xidmətlər və ya satışa təqdim etdiyi məhsullar haqqında ətraflı məlumat yerləşdirə biləcəklər.
-Sahibkarlar öz porfoliolarını yaradaraq burada daha öncə gördükləri işlərin nümunələrini yerləşdirə biləcəklər.
-Hüquqi və fiziki şəxslərin yerləşdirdiyi tenderlərə təkliflər verərək yeni müştərilərlə daha asan əlaqə qura biləcəklər.
-Şirkət sahibləri satış və təchizat şöbələrinin fəaliyyətinə və bu prosesin şəffaflığına tam nəzarət edə biləcəklər.
Xidmət və ya məhsul axtaran istənilən şəxsin artıq saatlarla bu axtarışı etməyə ehtiyacı yoxdur. Bu platformada tender yerləşdirərək tələb olan məhsulu və ya xidməti daha sərfəli qiymətə, tez bir zamanda əldə etmək mümkündür.
www.TENDER.az platformasının əsas üstünlükləri ondan ibarətdir ki, saytımızda yerləşdirilimiş xidmətlər və məhsullar haqqında informasiya, heç vaxt silinmir, təklif edilən xidmət və ya məhsul üçün yeni tələb yarandığı anda sahibkarın elektron poçtuna bu barədə məlumat göndərilir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 19 saat əvvəl
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















