Özbəkistanda Azərbaycanın innovasiyalarından istifadə olunacaq - ANLAŞMA
(®) Özbəkistanın Elektron Hökumət Layihələrində Azərbaycanın müasir innovasiyalarından istifadə olunacaqdır
Azərbaycanının İnnovasiyaların İxracı Konsorsiumu (AZİNNEX) və Özbəkistan Respublikasının Prezidenti yanında Layihə İdarəetməsi üzrə Milli Agentlik yanında Elektron Hökumət Layihələrinin İdarəedilməsi və Rəqəmsal Hökumət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum Azərbaycanının İnnovasiyaların İxracı Konsorsiumunun İdarə Heyətinin sədri İlham Namazov və Elektron Hökumət Layihələrinin İdarəedilməsi və Rəqəmsal Hökumət Mərkəzinin direktoru Şahrəsul Şahazamiy tərəfindən imzalanıb.
Memorandum çərçivəsində tərəflər elektron hökumət istiqamətində layihələr üzrə təcrübə mübadiləsini həyata keçirəcək, birgə olaraq forumlar, dəyirmi masalar təşkil edəcəklər.
Anlaşma Memorandumunun imzalanma mərasimində və Özbəkistan Respublikasının Prezidenti yanında Layihə İdarəetməsi üzrə Milli Agentliyin direktor müavini Davron Maqsudov Azərbaycanın elektron hökumət istiqamətində təcrübəsinin Özbəkistan üçün önəmli olduğunu qeyd edib. O, hazırda Özbəkistanda “Rəqəmsal Özbəkistan” Yol Xəritəsinin yaradıldığını və 2020-2025-ci illərdə elektron hökumətin qurulması və rəqəmsal iqtisadiyyatın inkişafı üçün nəzərdə tutulan addımlar haqqında AZİNNEX-in nümayəndə heyətini məlumatlandırıb.
AZİNNEX-in İdarə Heyətinin sədri İlham Namazov Azərbaycanın dövlət qurumlarında tətbiq olunmuş layihələr haqqında, o cümlədən ASAN İmza haqqında geniş məlumat verib.
AZİNNEX-in nümayəndə heyəti həmçinin Özbəkistanın Maliyyə Nazirliyində, Mərkəzi Bankda, Vergilər Nazirliyində, Zalubəy İnnovasiya Mərkəzində, Dövlət-Özəl Tərəfdaşlının İnkişafı Agentliyində görüşlər keçirib və türkdilli dövlətlərin sahibkarlarının iştirakı ilə keçirilən Türk Biznes və İnvestisiya Forumunda iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılmış Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşması, intellektual, innovativ və rəqabətqabiliyyətli potensialın formalaşdırılması istiqamətində fəaliyyət göstərir. Konsorsium informasiya kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri bir araya toplayaraq onların mənafelərinin qorumasını və beynəlxalq bazarda təmsil olunmasını, onların İT məhsullarının satışını həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
12 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
















