“Elə bilirlər ki, Baş nazir olmaq asandır”
“Bu gün Baş nazir vəzifəsinə yeni seçiləcək şəxsi çox yaxşı tanıyıram. Əli Əsədov bir iqtisadçı kimi tamamilə işin içində olan adamdır. Hesab edirəm ki, bu çox yaxşı seçimdir”.
Bu fikirləri sabiq Baş nazir Artur Rasizadə yeni Baş nazir təyinatı barədə danışarkən deyib.
O bildirib ki, Baş nazirlik heç də asan vəzifə deyil:
“Novruz müəllim də ötən iki il ərzində üzərinə düşən işi yerinə yetirib. O da çox yaxşı insandır. Əslində, yeni bir söz deməyəcəm. Baş nazir vəzifəsi asan vəzifə deyil. Həm məsuliyyətli, həm də çətin vəzifədir. Çünki hər sahədən anlayışlı olmaq lazımdır. Hərbi məsələdən tutumuş ta səhiyyə, təhsil, mədəniyyətə qədər... Nazirlər Kabinetində işləməyən adamlar elə bilirlər ki, Baş nazir olmaq asandır. Ancaq heç də elə deyil. İşin içində olan adam başa düşür ki, Baş nazir vəzifəsi məsuliyyət və peşəkarlıq tələb edir”.
Artur Rasizadə Əli Əsədovu təbrik edəcəyini də söyləyib:
“Hələ Əli müəllimi təbrik etməmişəm. Təbii ki, edəcəm. Əli müəllimin Prezident Administrasiyasında çox böyük hörməti var”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun bu gün istefa verəcəyi gözlənilir.
N.Məmmədovun məsələsi Milli Məclisin bu gün keçiriləcək iclasının da gündəliyinə daxil edilib.
Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə Əli Əsədov gətirilir.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Modern"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























