"Rusiya mәhsullarımız üçün potensial bazar olsa da, bu bazarı ələ keçirə bilmirik"
Azәrbaycanın qeyri-neft sektoru üzrә әsas ticarәt partnyorlarından biri Rusiya Federasiyasıdır. 2018-ci ildә 1 milyard 689 milyon ABŞ dolları dәyәrindә qeyri-neft sektoruna aid mәhsullar ixrac edilib ki, bunun da 619.2 milyon ABŞ dolları vә ya 36.7 faizi mәhz Rusiya Federasiyasının payına düşür. Ümumilikdә 2018-ci ildә Rusiyaya qeyri-neft ixracı 2017-ci illә müqayisәdә 12 faiz artıb.
"Marja" “Aqroskop” jurnalına istinadən xəbər verir ki, Aqrar Tәdqiqatlar Mәrkәzinin araşdırmalarına görə, Rusiya bazarı bir sıra yerli mәhsullarımız üçün potensial bazar olsa da, bu imkan tam reallaşdırılmır.
Mərkəzin direktor müavini Namiq Şalbuzov bildirib ki, Rusiya bir sıra kәnd tәsәrrüfatı mәhsulu vә kәnd tәsәrrüfatı mәhsullarının emalından alınan mәhsulların idxalını hәyata keçirir ki, Azәrbaycan hәmin mәhsulları Rusiyaya ixrac etmir, ya da çox kiçik hәcmdә ixrac edir:
“Hәmin mәhsulları kәnd tәsәrrüfatı vә kәnd tәsәrrüfatı mәhsullarının emalından alınan mәhsullar kimi qruplaşdırmaq olar. İlk olaraq kәnd tәsәrrüfatı mәhsullarına nәzәr salaq.
2018-ci ildә Rusiya, Azәrbaycanda istehsal potensialı olan bir sıra kәnd tәsәrrüfatı mәhsullarının idxalını hәyata keçirib, lakin hәmin mәhsullarda Azәrbaycanın payı çox kiçik olub. Belә ki, 2018-ci ildә Rusiya 319.8 milyon ABŞ dolları hәcmindә tәzә üzüm idxal etdiyi halda, Azәrbaycandan idxalın hәcmi 2.3 milyon ABŞ dolları hәcmindә olub. Göründüyü kimi, bu mәhsul üzrә Azәrbaycanın payı cüzi olub vә Rusiyada üzüm üzrә 317.5 milyon ABŞ dollarına bәrabәr әlavә potensial bazar mövcuddur.
Böyük ixrac potensialı olan digәr bir sahә gül bazarıdır. 2018-ci ildә Rusiya 291.9 milyon ABŞ dolları hәcmindә qızılgül, qәrәnfil vә digәr güllәr idxal etdiyi halda, Azәrbaycandan bu mәhsullar üzrә ixrac cәmi 18.1 min ABŞ dolları hәcmindә olub. Rusiyada qızılgül, qәrәnfil vә digәr güllәr üzrә 291.8 milyon ABŞ dollarına bәrabәr әlavә potensial bazar mövcuddur.
2018-ci ildә Rusiya 207.8 milyon ABŞ dolları hәcmindә şaftalı (nektarinlәr daxil olmaqla) idxal edib. Azәrbaycandan bu mәhsul üzrә idxal cәmi 10.5 milyon ABŞ dolları hәcmindә olub. Rusiyada şaftalı (nektarinlәr daxil olmaqla) üzrә 197.4 milyon ABŞ dollarına bәrabәr potensial bazar mövcuddur.
Armud, şirin bibәr, xiyar, müxtәlif meyvә vә tәrәvәz kimi bir sıra digәr kәnd tәsәrrüfatı mәhsulları da vardır ki, hәmin mәhsullar üzrә dә Rusiyada kifayәt qәdәr böyük potensial bazar mövcuddur.
Artıq qeyd edildiyi kimi, kәnd tәsәrrüfatı mәhsulları ilә yanaşı, kәnd tәsәrrüfatı mәhsullarının emalından alınan mәhsullar üzrә dә Rusiya bazarında kifayәt qәdәr imkanlar mövcuddur. Bu kateqoriyadan olan mәhsulları qurudulmuş vә ya dondurulmuş vә nisbәtәn daha dәrin emal mәhsulları kimi iki qrupda qruplaşdırmaq olar.
Bu mәhsullar üzrә dә kifayәt qәdәr böyük bazar mövcuddur. 2018-ci ildә qeyd edilәn mәhsullar üzrә 640.4 milyon ABŞ dolları hәcmindә idxal hәyata keçirilib. Xüsusilә dә konservlәşdirilmiş zeytun, alma şirәsi, konservlәşdirilmiş pomidor vә digәr tәrәvәz mәhsulları üzrә idxalın hәcmi hәr bir bәnd üzrә tәxminәn 100 milyon ABŞ dollarına bәrabәrdir. 2018-ci ildә 101.9 milyon ABŞ dollarına bәrabәr konservlәşdirilmiş zeytun idxal edildiyi halda Azәrbaycandan bu mәhsul üzrә ixrac qeydә alınmamışdır.
Rusiyanın idxal etdiyi alma şirәsinin ümumi dәyәri 94.3 milyon ABŞ dolları olduğu halda Azәrbaycandan Rusiyaya yalnız 48.8 min ABŞ dolları dәyәrindә alma şirәsi ixrac edilmişdir.
Rusiyanın idxal etdiyi konservlәşdirilmiş pomidorun ümumi dәyәri 89.8 milyon ABŞ dollarına bәrabәr olduğu halda Azәrbaycandan Rusiyaya ixrac cәmi 1.4 min ABŞ dolları tәşkil etmişdir.Ümumilikdә Azәrbaycan bu mәhsullar üzrә bazarın yalnız 3.8 milyon ABŞ dollarına bәrabәr hissәsini әlә keçirә bilmişdir. Faktiki tәlәbatın olduğunu nәzәrә alaraq bu qrup üzrә mәhsulların istehsal hәcminin artırılması vә ixracının tәşkili istiqamәtindә bütün imkanlar sәfәrbәr edilmәlidir”.
Namiq Şalbuzov qeyd edib ki, tәhlil edilәn bütün mәhsulların Azәrbaycanda istehsalı üçün münbit tәbii-iqlim şәraiti mövcuddur: "Sahibkarların bu istiqamәtlәrdә fәaliyyәtinin genişlәndirmәsi hesabına ölkәyә kәnd tәsәrrüfatı mәhsulları vә kәnd tәsәrrüfatı mәhsullarının emalından alınan mәhsulların ixracından daxil olan gәlirin 2 dәfәdәn dә çox artırılması mümkündür. Bunun üçün ilk növbәdә qeyd edilәn istiqamәtlәr üzrә emal potensialının genişlәndirilmәsi, regionlarda kiçik vә orta ölçülü emal müәssisәlәrinin yaradılmasının dәstәklәnmәsi vacibdir. Müәssisәlәrin sәmәrәli fәaliyyәti üçün istehsal xәrclәri minimuma endirilmәli vә keyfiyyәt göstәricilәri beynәlxalq standartlara uyğunlaşdırılmalıdır".
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 15 saat sonra
- 13 saat sonra
- 1 saat əvvəl
-
-
4 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
4 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
5 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 5 saat əvvəl
-
6 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş





















