Azərbaycanın Baş naziri çinliləri qəbul edib
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov sentyabrın 20-də Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Baş Nazir Novruz Məmmədov Azərbaycanın Çin ilə əməkdaşlıqda maraqlı olduğunu bildirərək deyib: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Çin ilə əlaqələrimizin inkişafı istiqamətində önəmli addımlar atıb. Bu gün ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələri dinamik inkişaf edir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə beş dəfə səfər etdiyini xatırladan Novruz Məmmədov bildirib ki, bu səfərlər çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər rəsmi şəxslərlə səmərəli görüşlər keçirilib, ikitərəfli əlaqələrimizlə bağlı müzakirələr aparılıb. “Hesab edirəm ki, son vaxtlar ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri daha dinamik şəkildə inkişaf etdirilir. Sədr Si Cinpinin təşəbbüsü ilə irəli sürülən “Bir kəmər, bir yol” layihəsi ölkəmiz üçün çox cəlbedicidir. Tarixi İpək yolunun bərpası Azərbaycan üçün hər zaman aktualdır. Biz hesab edirik ki, bu yol tarixən Azərbaycan və Çin xalqlarını birləşdirən yol olub. Əminəm ki, “Bir kəmər, bir yol” layihəsi də uğurla icra olunacaq. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyir və bu istiqamətində müəyyən addımlar atır”,- deyə Novruz Məmmədov vurğulayıb.
Azərbaycanın Baş Naziri ölkəmizin təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı layihələr barədə məlumat verərək strateji əhəmiyyətli layihə hesab olunan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verildiyini qeyd edib. Novruz Məmmədov Azərbaycan ilə Çin arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.
Novruz Məmmədov Azərbaycanın Çin ilə iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini qeyd edərək bildirib ki, sənaye, kənd təsərrüfatı, energetika, turizm və digər sahələrdə əməkdaşlığı daha da artırmaq üçün yaxşı imkanlar mövcuddur.
Novruz Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə görə Çin Xalq Respublikasına minnətdarlığını ifadə edib. Azərbaycanın da “Vahid Çin” prinsipinə hər zaman dəstək verdiyini söyləyib.
Ölkələrimiz arasında əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyini bildirən Li Canşu Çinin Azərbaycan ilə əlaqələrin bütün sahələrdə genişlənməsinə böyük əhəmiyyət verdiyini ifadə edib. “Bu gün Azərbaycan ilə Çin arasında mövcud olan əməkdaşlıq əlaqələri belə deməyə əsas verir ki, biz dost ölkələr kimi daim bir-birimizə etibar edə bilərik”.
Li Canşu son illər Çin ilə Azərbaycan arasındakı münasibətlərin daha da intensiv xarakter aldığını qeyd edərək qarşılıqlı səfərlərin, aparılan danışıqların əlaqələrimizin inkişafına xidmət etdiyini deyib.
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Azərbaycanın tranzit ölkə kimi beynəlxalq yükdaşımaların həyata keçirilməsində etibarlı tərəfdaş olduğunu söyləyib. O, bu sahədə əməkdaşlığın inkişafının zəruriliyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)








.jpg)








