İdxal olunan qızıl, almaz və xəz-dəri məmulatlarına görə də vergilər artırılacaq (SİYAHI)
2017-ci ildən Azərbaycana idxal olunan qiymətli metallara və xəz-dəri məmulatlarına görə aksiz dərəcələri artırılacaq.
Bu məsələ bu gün Milli Məclisin plenar iclasında təsdiq edilən Vergilər Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulur.
Beləliklə, gələn ildən Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza, eləcə də xəz-dəri məmulatlarına aşağıdakı aksiz dərəcələri tətbiq ediliəcək:
- idxal olunan platinin hər qramına görə - 4 manat (bundan əvvəl 2 manat);
- idxal olunan qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının min çəki vahidindəki miqdarına görə:
- qızılın min çəki vahidindəki miqdarı 375 olduqda, hər qramına görə - 1,5 manat (bundan əvvəl 0,8 manat);
- qızılın min çəki vahidindəki miqdarı 500 olduqda, hər qramına görə - 2 manat (bundan əvvəl 1,0 manat);
- qızılın min çəki vahidindəki miqdarı 585 olduqda, hər qramına görə - 2,4 manat (bundan əvvəl 1,2 manat);
- qızılın min çəki vahidindəki miqdarı 750 olduqda, hər qramına görə - 3 manat (bundan əvvəl 1,5 manat);
- qızılın min çəki vahidindəki miqdarı 958 olduqda, hər qramına görə - 5 manat (bundan əvvəl 1,8 manat);
- qızılın min çəki vahidindəki miqdarı 999 olduqda, hər qramına görə - 6 manat (bundan əvvəl 2 manat);
- idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün 400 manat (bundan əvvəl 200 manat) (aksiz dərəcəsi) olmaqla, aşağıdakı qaydada hesablanır:
- almazın bir ədədinin miqdarı 1 karatdan aşağı olduqda, aksiz dərəcəsi almazın faktiki miqdarına mütənasib olaraq azaldılır;
- almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olduqda, aksizin məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanır:
- 1 karatdan 2 karatadək olduqda - 2;
- 2 karatdan 3 karatadək olduqda - 3;
- 3 karatdan 4 karatadək olduqda - 4;
- 4 karatdan 5 karatadək olduqda - 5;
- 5 karatdan yuxarı olduqda - 10.
- idxal olunan xəz-dəri məmulatlarının topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinin 10 faizi.
Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















