Fındıq, qoz, şabalıd festivalı keçiriləcək - TARİX
Sentyabrın 28-də Zaqatala rayonunda Beynəlxalq fındıq, qoz, şabalıd festivalı keçiriləcək.
Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə reallaşacaq festivalda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.
Festivala hazırlıq üzrə təşkilat komitəsinin üzvü, rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova bildirib ki, tədbirdə ölkəmizdə fəaliyyət göstərən 10-dan artıq xarici ölkə səfirliyinin rəhbər və təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, fındıq istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak edəcəklər. Üçüncü dəfədir keçiriləcək festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.
Festivalın rəsmi açılış mərasimi Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında olacaq. Burada kənd həyatına aid bölmə, qərzəkli meyvələrin satış-yarmarkası fəaliyyət göstərəcək, sənətkarların əl işləri və milli mətbəx nümunələri sərgilənəcək. Müxtəlif müsabiqələrin - ən gözəl fındıq, qoz, şabalıd xonçası, qərzəkli meyvələrdən hazırlanmış əl işi, ən yaxşı məlumat lövhəsi, ən gözəl fındıq geyimi və digər yarışların keçirilməsi nəzərdə tutulur. Festival iştirakçıları fındıq qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması prosesini əyani şəkildə izləyəcək, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olacaqlar.
Həmçinin fındıq yığımında və emalında istifadə olunan müasir texniki avadanlıq da nümayiş etdiriləcək.
Sonda Heydər Parkında geniş konsert proqramı olacaq.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)









