Azərbaycanın ən böyük bankı törəmə investisiya şirkətini yaradır
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin törəmə investisiya şirkətinin yaradılması nəzərdə tutulur.
"Marja" xəbər verir ki, 11 oktyabr 2019-cu il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbəti Ümumi Yığıncağının gündəliyinə daxil olan məsələlərdən biri də törəmə investisiya şirkətinin yaradılmasıdır.
HƏMÇİNİN OXU: Beynəlxalq Bank dividend ödəyib, səhmlərini geri alacaq - YIĞINCAQ ÇAĞIRDI
Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" 8 milyard 487 milyon 726 min manat aktivləri ilə Azərbaycanın ən böyük bankıdır.
Məlumat üçün bildirək ki, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyası ilə 10 investisiya şirkəti fəaliyyət göstərir.
İnvestisiya şirkəti investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti əsas və yardımçı investisiya xidmətlərinin göstərilməsi olan səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir.
Əsas və yardımçı investisiya xidmətləri “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi haqqında Qaydalar” “Qiymətli kağızlar bazarında marja ticarətinə dair Qaydalar” ilə tənzimlənir. İnvestisiya şirkətləri tərəfindən hesabatlarının tərtib və təqdim olunması “İnvestisiya şirkətinin hesabatlarının tərtib və təqdim olunması Qaydaları”na uyğun olaraq həyata keçirilir.
Əsas investisiya xidmətləri (əməliyyatları) aşağıdakılardır:
- Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;
- Fərdi investorların portfelinin idarə edilməsi;
- İnvestisiya məsləhətlərinin verilməsi;
- Qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;
- Qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;
- Mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;
- Marja ticarəti.
Yardımçı investisiya xidmətləri (əməliyyatları):
- Müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi;
- İnvestorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi;
- Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması;
- Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi;
- Əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
3 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)




.jpg)






.jpg)





