İri fabrik tikilir - Sədri işçi qəbuluna başlamaq tapşırığını verib
Xalça istehsalı kompleks istehsal sahəsidir. Bu sahənin inkişafını Yunəyirici-Boyaq Fabriki olmadan təsəvvür etmək mümkün deyil.
Xalça istehsalı üçün zəruri xammal bazasının yaradılması məqsədilə ötən il Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Yunəyirici Boyaq Fabrikinin tikintisinə başlanılıb. Burada İtaliya, Fransa və Türkiyədə istehsal olunan avadanlıqlar quraşdırılacaq.
Avqustun 22-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov fabrikdə tikinti-quraşdırma işlərinin gedişi ilə maraqlanıb. Bu barədə “Marja”ya “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib.
Məlumat verilib ki, artıq fabrikdə əsas tikinti işləri başa çatdırılıb. Hazırda həyətdə abadlıq işləri aparılır. Fabrikə qəbul ediləcək yunun yuyulması, qurudulması, daranması, əyrilməsi və boyanması üçün nəzərdə tutulan istehsalat sahələri avadanlıqların quraşdırılmasına tam hazır vəziyyətə gətirilib. Yaxın vaxtlarda avadanlıqların quraşdırılmasına başlanılacaqdır.
İdarə Heyətinin sədri keyfiyyətə ciddi diqqət yetirilməsi, qısa zaman ərzində fabrikin işçi heyətinin formalaşdırılması barədə tapşırıqlar verib.
Qeyd edək ki, fabrikin istehsal gücü ildə 1500 ton çirkli yun qəbul etməyə imkan verir. Müəyyənləşdirilmiş istehsal proseslərdən sonra yunun bir hissəsi 250 ton iplik əldə etməyə sərf olunacaq. Burada 350 ton təmiz yun istehsalı nəzərdə tutulub ki, bu da xammal kimi satışa çıxarılacaq. Bunun üçün araşdırma aparılıb, hansı ölkədə belə xammala tələbatın olduğu müəyyənləşdirilib.
Fabrikdə 100 nəfər işlə təmin ediləcək.
Burada istehsal olunacaq ipliklər sifarişə uyğun olaraq, təbii və kimyəvi boyaqlarla boyanaraq satışa çıxarılacaqdır. Fabrikin fəaliyyəti nəticəsində, ilk növbədə, “Azərxalça”nın filiallarının, bundan başqa ölkəmizin digər sənaye müəssisələrinin, özəl xalça emalatxanalarının yun iplik tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır.
Azərbaycanda yeni sahə olan bu fabrikin fəaliyyətinin təmin olunması məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub. Həmin mütəxəssislər iki il müddətində yerli mütəxəssislər hazırlayaraq fabrikin kadr potensialını formalaşdıracaqlar.
Fabrikin xammalla təchizatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Bu məntəqələrdə il ərzində respublikamızın bütün bölgələrindən 1500 ton çirkli yun qəbulu həyata keçiriləcəkdir. Artıq bir neçə aydır ki, tədarük məntəqələrində yun qəbuluna başlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 20 d. əvvəl
-
- 31 d. əvvəl
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Ən çox oxunanlar
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı
















.jpg)



