Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Almaniya dərin durğunluqdan yayınmaq üçün təşviq paketi hazırlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Almaniya dərin durğunluqdan yayınmaq üçün təşviq paketi hazırlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mövzu haqqında məlumata malik iki mənbəyə görə, Almaniya hökuməti, dərin bir durğunluqdan yayınmaq üçün maliyyə təşviq tədbirləri hazırlayır. Hökumət, Avropanın ən böyük iqtisadiyyatını dəstəkləmək üçün hərəkətə keçib.

 

Reklam_3_11

"Marja" "Bloomberg"ə istinadən xəbər verir ki, mənbələr, bu proqramın, böyük bir işsizliyi önləmək üçün iqtisadiyyatı və istehlakçı xərclərini dəstəkləmək məqsədilə hazırlanacağını qeyd ediblər.

 

Almaniyanın Maliyyə naziri Olaf Scholz, Bazar günü etdiyi açıqlamada, hökumətin iqtisadi böhran vəziyyətində 50 milyard avroluq (55 milyard dollar) əlavə xərcləmə etməyi düşündüyünü bildirib.

 

Keçən həftə, kansler Angela Merkel, iqtisadiyyatın "çətin bir mərhələyə doğru irəlilədiyini" və hökumətinin "vəziyyətə bağlı olaraq" reaksiya verəcəyini söyləmişdi.

 

Xəbər verdiyimiz kimi, Almaniya mərkəzi bankı Bundesbank, Bazar ertəsi günü yaydığı aylıq hesabatında, iqtisadiyyatın durğunluğa girə biləcəyi xəbərdarlığını edib.

19.08.2019 14:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18