7 ayda 10,6 milyard manatı "yedik-içdik"
2019-cu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,9 faiz üstələyərək 21,1 milyard manata bərabər olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, ticarət dövriyyəsinin 10,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-iyul aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,5 faiz və 3,2 faiz artmışdır.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2018-ci ilin yanvar-iyul aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 21 108,3 | 102,9 |
o cümlədən: | ||
ərzaq məhsulları | 9587,9 | 102,6 |
içkilər və tütün məmulatları | 998,4 | 100,7 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 3 777,9 | 103,0 |
elektrik malları və mebellər | 1 265,1 | 102,7 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 173,5 | 102,5 |
əczaçılıq və tibbi mallar | 276,1 | 103,2 |
avtomobil yanacağı | 1 155,2 | 101,9 |
digər qeyri-ərzaq məhsulları | 3 874,2 | 103,9 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,4 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 17,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,2 faizi ticarət müəssisələri, 49,3 faizi fərdi sahibkarlar tərəfindən, 30,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,5 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artmış, bazar və yarmarkalarda isə 5,1 faiz azalmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,1 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,4 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 153,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 152,1 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Müştərilərin xəbərləri
Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
13 d. əvvəl
Azərbaycanın avtomobil şirkəti özünün logistika şirkətini qurur
- 34 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ və Ermənistan “Tramp marşrutu”nun reallaşdırılması üçün birgə işçi qrupu yaradıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank 40-cı filialını Göyçayda açdı
Azərbaycanın avtomobil şirkəti özünün logistika şirkətini qurur
BİRMARKET-də ŞOOOK Cümə!
Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq
Fabrik avadanlıqları satışa çıxarılıb
BOKT ləğv edilir, kreditorlarına müraciət edir
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib











.jpg)












