Nazirlik: “Keşikçidağ” kompleksi Azərbaycanın dövlət tarix-mədəniyyət qoruğudur
“Keşikçidağ” mağara-məbədlər kompleksi Azərbaycanın dövlət tarix-mədəniyyət qoruğudur.
Bunu Mədəniyyət Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, kompleks Azərbaycanla Gürcüstan sərhəd zolağı boyunca 25 km-dək uzanaraq böyük bir ərazini əhatə edir: "Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, sonuncu yaşayış məntəqəsindən 28 km şimal-şərq istiqamətində yerləşir. Mağaralar kompleksi dəniz səviyyəsindən 750-950 metr hündürlükdə dağların cənub və cənub-şərq tərəfindəki sıldırım qayalıqları əhatə edir.
Qoruq ərazisində 70-ə qədər, yaşı iki min ilə gedib çıxan təbii və süni mağaralar var. Mağaralar kompleksində Qafqaz Albaniyası zamanı keçilməz qayalıqlarda inşa edilmiş 11 metr hündürlüyündə üçmərtəbəli qala, bir-birindən 1500 metr aralıda yerləşən və yerli daş materiallardan inşa olunmuş iki alban məbədi, tarixi atəşpərəstlik çağının yadigarı olan yerli əhali arasında suyu şəfaverici bulaq kimi istifadə edilən “Qüdrət bulağı” adlı inanc yeri var. Mağaralardan 3 km cənubda Son Tunc-Erkən Dəmir dövrünə aid 100-ə yaxın kurqan aşkarlanıb.
Prezident İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Ağstafa rayonun ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksi Azərbaycan Respublikasının “Keşikçidağ” dövlət tarix-mədəniyyət qoruğu elan edilib.
Keşikçidağ mağara-məbədlər kompleksi qoruq kimi fəaliyyətə başladığı ilk gündən Mədəniyyət Nazirliyi elmi araşdırmaların aparılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət, Tarix institutları ilə əməkdaşlıq edir".
Nazirlikdən bildirilib ki, qoruğun tanıdılması və ziyarətçilərin rahatlığını təmin etmək məqsədi ilə bir sıra işlər həyata keçirilib: "Turistlərin qoruğa gedişini asanlaşdırmaq məqsədi ilə yol istiqamət nişanları basdırılıb, abidə haqqında qısa məlumatlar olan yeni lövhələr qoyulub. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu haqqında “Qədim yurdun daş kitabəsi” adlı sənədli film çəkilib. Bundan əlavə 2018-ci ildə “Virtual Keşikçidağ” adlı panoramik turun çəkilişləri istifadəyə verilərək qoruğun veb saytında yerləşdirilib".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
6 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 28 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir























