Trampdan Türkiyə və F-35 açıqlaması
ABŞ Prezidenti Donald Trump, Barak Obama dövründə Türkiyəyə Patriotların satılmamasının səhv qərar olduğunu, bununla bərabər, Rusiyadan S-400 alması səbəbilə Türkiyəyə F-35 hərbi təyyarələrini satmayacaqlarını bildirib.
"Marja" xəbər verir ki, Tramp, Türkiyənin Rusiyadan keçən həftə S-400 hava müdafiə sistemlərini almağa başlamasına dair Ağ Evdəki kabinet toplantısında Türkiyə və F-35-lərlə bağlı açıqlama verib.
Barak Obama dövründə Türkiyəyə Patriot satılmamasına görə əvvəlki hakimiyyəti tənqid edən Tramp, Türkiyənin buna görə Rusiyadan S-400 aldığını bildirib.
"Türkiyə bu raketləri satın almaq üçün çox çalışdı, ancaq satmadılar"
Türkiyə ilə bu barədə danışdıqlarını dilə gətirən Tramp deyib:
"Açığını deyim, Türkiyə ilə yaxşı münasibətlərimiz var. Lakin bu vəziyyət çox mürəkkəb bir vəziyyətdir. Obamanın hökuməti onlara Patriot raketlərini satmadı. Türkiyə bu raketləri satın almaq üçün çox çalışdı, ancaq satmadılar. Türkiyədə Rusiyadan raketləri aldı. Sonra Türkiyəyə "Yaxşı sizə Patriotları satacağıq" dedilər, amma o zaman Türkiyə onsuz da Rusiya ilə müqavilə imzalayıb və ciddi bir ödəmə etmişdi, çünki buradan almalarına icazə verilməmişdi. Türkiyə bir NATO üzvüdür. 100-dən çox F-35 üçün sifariş verdilər, əlavə sifariş də planlaşdırırdılar".
"Bu vəziyyətin üzərində çalışırıq"
Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan ilə yaxşı əlaqələri olduğunu bildirən Tramp,"Türkiyə bizə qarşı çox yaxşıdır. İndi isə onlara Rusiyadan raket sistemi almaq məcburiyyətində qaldıqları üçün bu F-35-ləri satmayacağımızı deyirik. Onların içində olduğu vəziyyət çox çətindir, ABŞ kimi bizim də düşdüyümüz vəziyyət çox çətindir. Bu vəziyyətin üzərində çalışırıq, nələr olacağını görəcəyik",- deyib.
Türkiyənin ABŞ-dan Patriot almasına icazə verilmədiyini bir daha vurğulayan Trump, "Daha sonra Türkiyə bir başqa ölkədən, Rusiyadan, raket satın almaq məcburiyyətində qaldı ki, o (Ərdoğan) əslində həqiqətən onları istəmirdi. İndi də Rusiyadan bunu aldıqları üçün milyardlarla dollar dəyərində hərbi təyyarələri Türkiyəyə satmırıq",- əlavə edib.
Həmçinin Tramp, yaranmış vəiyyətə görə F-35 təyyarələrinin istehsalçısı "Lockheed Martin" şirkətininin məmnun olmadığını, çünki şirkət üçün bunun minlərlə məşğulluq mənasına gəldiyini qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin S-400 alışı ilə bağlı dünən verdiyi açıqlamada, "S-400-lərimizi almağa başladıq. "Ala bilməzsiz" dedilər, bu gün səkkizinci təyyarə də gəldi",- demişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 saat sonra
-
-
8 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
9 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
10 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
11 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib
















.jpg)







