Güzəştli mənzil alanlar Azər Türk Banka elektron qaydada müraciət edəcəklər
(®) Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2019-cu il tarixli fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri ipoteka krediti hesabına ödəniş üsulu ilə yalnız ilkin razılıq qərarını almış və “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxslər seçə bilərlər.
Məhz bu səbəbdən Azər Türk Bank müştərilərinin rahatlığını fikirləşərək, ilkin razılıq qərarının alınması üçün müraciəti elektron qaydada həyata keçirir. Bu, həm çox rahat, həm də istifadəçilərin əldə edə biləcəkləri kreditin məbləğini və müddətini, kredit üzrə aylıq ödənişləri öncədən müəyyən edərək onların uyğun mənzil seçmələrinə köməkdir.
Bank mütəxəssisləri vətəndaşların sayta daxil olması, əməliyyatları rahat həyata keçirə bilmələri üçün ən optimal və sadələşdirilmiş sistem tətbiq etmişlər. Belə ki, ilkin razılıq qərarını almaq istəyən şəxs Bankın rəsmi internet səhifəsində yerləşən “MİDA” MMC xətti ilə güzəştli ipoteka kreditləri (http://atb.az/mida) bölməsinə daxil olaraq müraciətini elektron formada asanlıqla banka yönləndirə bilər. İstifadəçinin müraciətindən sonra ilkin razılıq qərarı bank tərəfindən onun elektron kabinetinin müvafiq bölməsində yerləşdirilir. Daha sonra istifadəçi bu bölməyə daxil olur və həmin qərarı elektron qaydada imzalayır.
Bu barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 777 0 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
16 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
-
26 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 29 d. əvvəl
- 31 d. əvvəl
-
45 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
47 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq























