Maaşımızdan nə qədər vergi tutulmalıdır?

Əmək haqqından tutulan vergilərin faiz dərəcələrində və hesablanmasında dəyişikliklər olduğundan bu mövzuda xeyli suallar ünvanlanır. Ona görə də bu məsələyə aydınlıq gəlirmək istərdim.
Fiziki şəxslərin gəlirindən: fiziki şəxslərin gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı olmaqla iki hissədə tutulma olur. Fiziki şəxslərin gəlirindən Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 101.1-ci maddəsinə əsasən aylıq gəlir 2500 manata qədər olduqda 14 % faiz, 2500 manatdan yüksək olduqda 2500 manata qədər olan hissəsinin 14 %-i, 2500 manatdan yuxarı olan hissənin 25 %-i miqdarında vergi tutulur. Əmək haqqı 2500 manata qədər olduqda əmək haqqından ölkə üzrə yaşayış minimumu (155 AZN, 2017-ci il) çıxıldıqdan sonra qalan məbləğdən 14 % gəlir vergisi tutulur. İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.
Vergi Məcələsinin 102-ci maddəsinə əsasən bəzi kateqoriyadan olan işçilərin əmək haqqından gəlir vergisi güzəştli tutulur. Bunlardan bəzilərinə nəzər yetirək.
Milli qəhrəmanların, müharibə əlillərinin, müharibə veteran adı almış şəxslərin və s. şəxslərin vergi tutulmalı olan aylıq gəliri 400 AZN məbləğində azaldılır.
I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 AZN məbləğində azaldılır.
Məcburi köçkünlər və onlara bərəbər tutulan şəxslərin vergi tutulmalı olan aylıq gəliri 100 AZN məbləğində azaldılır.
Himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və ya tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 AZN məbləğində azaldılır.
Fiziki şəxlərin aylıq gəlirindən aşağıdakı dərəcələrləvergi tutulur
Vergi tutulan aylıq gəlir | Verginin məbləği |
2500 manatadək | 14% |
2500 manatdan çox olduqda | 350 AZN+ 2500 manatdan çox olan hissənin 25 % |
Sosial sığorta haqqında qanunun 14 cü maddəsinə əsasən əmək müqaviləsi ilə işləyənlər üçün hesablanmış əmək haqqının 3 % miqdarında məcburi dövlət sığorta haqqının ödənilməsi nəzərdə tutulmuşdur.
Bir məsələni də qeyd edim ki, əmək müqaviləsi ilə işləyən hər bir vətəndaş Elektron Hökumət Portalında şəxsi kabinetini yaratmaqla işlədiyi illər ərzində müəssisə tərəfindən onun əvəzinə vergi və DSMF ödənilib - ödənilmədiyini və eyni zamanda illər ərzində ödənilmiş vergi və sosial sığorta haqları barədə məlumat əldə edə bilər.
Bir neçə misal üzərində gəlir vergisi və sosial sığorta haqqının hesablanması qaydasına baxaq.
Misal 1. Fiziki şəxsin aylıq gəliri əgər 500 manatdırsa, əmək haqqından tutulma aşağıdakı qaydada olacaq.
Gəlir vergisi: 500-155=345*14%=48.3 AZN
DSMF: 500*3%=15 AZN
Deməli vergi çıxıldıqdan sonra ələ çatan pul: 500 - (48.3+15)=436.7 AZN
Misal 2. Fiziki şəxsin aylıq gəliri yenə 500 manatdır və məcburi köçkündürsə:
Gəlir vergisi: 500-155-100=245*14%=34.3 AZN
DSMF: 500*3%= 15 AZN
Vergilər çıxıldıqdan sonra ələ çatan pul: 500-(34.3+15)=450.7 AZN
Misal 3. Fiziki şəxsin aylıq gəliri 3000 manatdırsa:
Gəlir vergisi: 2500*14%=350 AZN, 3000-2500=500*25%=125AZN,
DSMF: 3000*3 %=90 AZN
Vergilər çıxıldıqdan sonra ələ çatan pul: 3000-(350+125+90)=2435 AZN
Marja.az üçün, Nüsrət XƏLİLOV
İQTİSADÇI
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
FAB Şirkətlər Qrupu Orta Asiya bazarına böyük həcmli ixraca hazırlaşır
-
-
2 saat əvvəl
"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mal-qaranın və keçi-qoyunların sayı ən aşağı həddə düşüb, ölkəyə ət idxalı 17,5 % artıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qeyri-neft-qaz sektorun vergi daxilolmaları 690,4 milyon manat çox olub
-
3 saat əvvəl
"Rebuild Karabakh 2025"də sahibkarlar üçün ödənişsiz stend təklif olunur
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid

“Zamex”dən vətəndaş şikayətləri artıb

Azərbaycanda külək turbinləri istehsal oluna bilər - Türkiyə şirkətlərilə görüş keçirilib, Azərbaycana dəvət olunublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

“Azərşin” ləğv oluna bilər

"Maybo" şirkətinin xalis mənfəəti kəskin artıb

Yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edilib

AZCON-da yeni təyinat olub

Özəl bank dövlət bankının səhmdarları sırasına daxil olub

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
