Bakıda bu ərazilərdə maşın saxlamaq olmaz - SİYAHI
Yaxın günlərdə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması– təxliyyə xidmətinə başlanılacaq.
BNA-dan "Marja"ya daxil olan məlumata görə, sürücülərin məlumatlandırılması məqsədi ilə ilkin olaraq təxliyyə işlərinin həyata keçiriləcəyi ünvanların siyahısı açıqlanıb. Bu ünvanlar vətəndaşlar müraciətləri və aparılan müvafiq təhlillər nəticəsində müəyyən edilib. Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir.
Bakı şəhərinin inzibati ərazisində qanunsuz parklanmalar səbəbindən tıxac və sıxlıq yaranan ərazilər
S/s | Küçə/prospekt | Ərazi |
| M.Hadi küç. | Əhmədli m/st. ətrafı |
| Qara Qarayev pr. | 8-ci km bazarının qarşısı |
| Qara Qarayev pr. | Neftçilər m/st. - Dakar meydanının ətrafı |
| B.Çobanzadə küç. | Şadlıq saraylarının qarşısı |
| Bakı Dairəvi yolu – Zaqulba şos. | Bilgəh kordioloji sanatoriyasının qarşısı |
| Şəhər şossesi(Sabunçu-Zabrat yolu) | Yerüstü piyada keçidinin yanı |
| Sakit Qocayev küçəsi | Bakıxanov TM-nin ətrafı |
| Heydər Əliyev pr. | Qala yoluna dönən hissə (Rahat marketin qarşısı) |
| Əli İsazadə küç. (Binə qəs.) | Mərkəz |
| Heydər Əliyev pr. | Koroğlu m/st. ətrafı |
| Xocalı pr. | Xətai m/st.qarşısı |
| Nobel pr. | ASAN Xidmətin qarşısı |
| Afiyəddin Cəlilov küç. | “Megafun”ın qarşısı |
| Neftçilər prospekti | Prospekt boyu |
| 28 May küç. | 23 nömrəli məktəbin qarşısı |
| Dilarə Əliyeva küç. | ADNSU-nin yanı |
| Xəqani küç. | Küçə boyu |
| Nizami küç. | Küçə boyu |
| K.Kazımzadə küç. | Zooparkın qarşısı |
| F.X.Xoyski pr. | Gənclik Mall-un qarşısı |
| Ağa Nemətulla küç. | Nərimanov Rayon Məhkəməsinin qarşısı |
| Təbriz küç. | Metropark TM. və Nərimanov metro stansiyasının qarşısı |
| M.K.Atatürk pr. | Ayna Sultanova heykəlinin yanı |
| Ak.H.Əliyev küç. | Asan xidmətin qarşısı |
| Moskva pr., Müzəffər Həsənov küç., Rövşən Cəfərov küç. | 20 Yanvar m/st ətrafı |
| Rövşən Cəfərov, Alı Mustafayev, Cavadxan küçələri | 3-cü mkr. dairəsinin ətrafı |
| Alı Mustafayev küç. | 3-cü mkr. bazarının qarşısı |
| Cavadxan küç., Hüseynbala Əliyev küç. | Memar Əcəmi m/st. ətrafı |
| Rəşid İsmayilov küçəsində | Biləcəri dairəsi |
| Moskva pr. | “Şamaxinka” adlanan ərazi |
| H.Zərdabi pr. | Topçubaşov adına xəstəxananın qarşısı |
| A.Salamzadə küç. | Yasamal Rayon Polis İdarəsinin yanı |
| A.M.Şərifzadə küç. | İnşaatçılar m/st. ətrafı və ASAN xidməti |
| Əsəd Əhmədov küçəsi | Bizim marketin qarşısı |
| Hüseyn Cavid pr. | Elmlər Akademiyası m/st. ətrafı |
| Abdulla Şaiq küç. | Statistika dairəsi |
| C.Cabbarlı küç. | "Caspian Plaza"-nın qarşısı |
| Süleyman Rəhimov küçəsi | Bakı Slavyan Universiteti |
| Süleyman Rüstəm küçəsi | Süleyman Rəhimov küçəsi ilə kəsişməsi |
| Ş.Bədəlbəyli küç. | Azadlıq pr. ilə kəsişmə |
| S.S.Axundov küç. | Azadlıq m/st. ətrafı |
| Əcəmi Naxçıvani küçəsi | Küçə boyu |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 14 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub




















