Əmanətlərdə 100 milyon manata yaxın azalma
May ayında fiziki şəxslərin banklardakı əmanətləri 97,6 milyon manat azalıb.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin aprel ayının sonunda 8 milyard 625,2 milyon manat təşkil etmiş əmanətlər may ayının sonunda 8 milyard 527,6 milyon manata düşüb.
May ayında müddətli əmanətlər 88,9 milyon manat azalaraq 5 milyard 380,8 milyon manata, tələbli əmanətlər isə 8,7 milyon manat azalaraq 3 milyard 146,8 milyon manata geriləyib.
Maliyyə Bazarlarına Nəzarət Palatası dünən yaydığı press-relizində qeyd edib ki, may ayında milli valyutada olan əmanətlər 1.3% və ya 47.7 milyon manat artıb (artımın müddətli, yoxsa tələbli manat əmanətləri ilə bağlı olduğu qeyd edilməyib). Belə çıxır ki, May ayında cəmi əmanətlərdəki azalma xarici valyutada olan əmanətlərin azalması ilə bağlıdır.
Mart ayı ilə müqayisədə apreldə fiziki şəxslərin əmanətləri 371 milyon manat və ya 4,5% artmışdı. Apreldəki artım əsasən banklara müddətli əmanət yerləşdirilməsi ilə bağlı idi. Belə ki, Apreldə müddətli əmanətlər cəmi 4 milyon manat, tələbli əmanətlər isə 367 milyon manat artmışdı.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin sonunda fiziki şəxslərin əmanətləri 8 milyard 270 milyon manat, o cümlədən müddətli əmanətlər 5 milyard 479 milyon manat, tələbli əmanətlər 2 milyard 791 milyon manat təşkil etmişdi. Ötən ilin sonu ilə müqayisədə ilk 5 ayda müddətli depozitlər 98,2 milyon manat azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 32 d. əvvəl
-
-
58 d. əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI

























