Lombardlar üçün minimum kapital miqdarı müəyyən ediləcək
Azərbaycanda lombardlar minimum nizamnamə kapitalı formalaşdırmaq məcburiyyətində qalacaqlar.
"Marja"nın məlumatına görə Milli Məclisdə müzakirə edilən Lombardlar haqqında qanun layihəsində qeyd edilib ki, lombardın minimum nizamnamə kapitalı Azərbaycan Respublikasının milli valyutasında formalaşdırılmalıdır.
Lombardın nizamnamə kapitalının minimum miqdarına dair tələblər maliyyə bazarlarına nəzarət orqanı (Palata) tərəfindən müəyyən olunur.
Lombard öz fəaliyyəti dövründə nizamnamə kapitalını (əmlakını) maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən minimum miqdardan az olmayan səviyyədə təmin etməlidir.
Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş yeni prudensial normativlər və tələblər, onlarda dəyişikliklər fəaliyyətdə olan lombarda rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, nizamnamə kapitalının minimum miqdarına aid tələblərdə dəyişikliklər isə lombardlara rəsmən bildirildikdən sonra altı aydan tez olmayaraq qüvvəyə minir. Yeni prudensial normativlərin və tələblərin geriyə qüvvəsi yoxdur.
LİSENZİYA ALINMALIDIR
Həmçinin lombardlar lisenziya almalı olacaqlar. Layihədə qeyd edilib ki, lombardlar maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərir. Lombard fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyalarının verilməsi və ləğv edilməsi, habelə filial açmaq üçün lombardlara icazə verilməsi və verilmiş icazələrin ləğv edilməsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir.
İCAZƏSİZ FİLİAL AÇMAQ OLMAZ
Maliyyə bazarlarına nəzarət orqanının icazəsi olmadan lombard Azərbayacn Respublikasının ərazisində filial aça bilməz. Lombardın filiallarının açılması üçün lombardın təsisçiləri maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakılara dair sənədlər əlavə edilməlidir.
Lombardlar maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyirlər.
HƏMÇİNİN OXUYUN:Lombardlar haqqında qanun - TAM MƏTN
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
15 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
-
25 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 28 d. əvvəl
- 30 d. əvvəl
-
44 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
46 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq























