Beynəlxalq Bankın “Yuventus” co-brand kartları artıq filiallarda satışda!
® İtaliyanın “Yuventus” futbol klubunun regional partnyoru olan Azərbaycan Beynəlxalq Bankının klubla müştərək brendləşdirilmiş (co-brand) Mastercard Platinum debet kartlarını artıq bankın filiallarında əldə etmək olar.
Xüsusi dizayn və özəlliklərə malik kartları həm bankın istənilən filialında, həm də bu link vasitəsilə sifariş edib almaq mümkündür: https://www.ibar.az/az/yuventus/
Co-brand kartları AZN, USD və EUR hesabında açılır. 3 il müddətinə nəzərdə tutulmuş kartların sayı məhdud - cəmi 3 min ədəddir. Kart müddəti 3 il, xidmət haqqı isə cəmi 30 manatdır. Müştərilər bu kart vasitəsilə istədikləri ödəniş əməliyyatlarını həyata keçirə bilərlər. Ən əsası, kartla Azərbaycan Beynəlxalq Bankının ATM-lərində nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur.
Kart “cash-back” funksiyasına da malikdir. Bütün alış-veriş məkanlarında bu kartla aparılan ödənişlərin 1%-i “cash-back” olaraq müştərinin kartına geri qayıdır. Azərbaycan Beynəlxalq Bankının “Xərclədikcə gəlir” sloqanı ilə reallaşdırdığı “Qayğıkeş” layihəsi çərçivəsində isə bankla tərəfdaş məkanlarda bu kart və bankın POS terminalları ilə aparılmış ödənişin 5%-dən 40%-dək hissəsi elə yerindəcə müştərinin hesabına geri ödənir. Kart Azərbaycan Beynəlxalq Bankının SMS Xəbərdarlıq sisteminə pulsuz qoşulur. Üstəlik, bu kartla “Yuventus” futbol komandasının rəsmi internet səhifəsində edilən hər bir alış-veriş məbləğinə 2% “cash-back” geri qayıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 14 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)



