Bitcoin-in qiyməti 11 min dolları da keçdi
Bitcoin-in qiyməti 15 aydan bu yana ilk dəfə 11 min dolları keçib.
"Marja" xəbər verir ki, Bitcoin Bazar ertəsi günü əməliyyatlarda Cümə günkü yekunla müqayisədə 13 faiz bahalaşaraq 11 min 251 dollara qalxıb. Bu, 2018-ci ilin Mart ayından bəri ən yüksək səviyyədir.
Bazar dəyəri ən yüksək kriptovalyuta olan Bitcoin 2017-ci ilin sonunda güclü bahalaşaraq 19 min 500 dolları aşmışdı. Bitcoin 2018-ci ildə ucuzlaşmış və qiyməti ilin böyük hissəsində 3300 dollar ilə 4100 dollar arasında "dalğalanmışdı".
FACEBOOK-UN AÇIQLAMASI TƏLƏBİ ARTIRIB
Sosial media nəhəngi Facebook-un kriptovalyuta bazarına daxil olacağını rəsmən açıqlaması kriptovalyutaların, o cümlədən Bitcoin-in bahalaşamasına səbəb olub. Facebook kriptovalyutası Libra-nı gələn il istifadəyə verməyi planlaşdırır.
15 MİN DOLLARI GÖRƏ BİLƏR
Kriptovalyuta platforması Gemi-nin birgə banisi və Bitcoin sərmayəçisi Tyler Winklevoss, Bitcoin-in qiymətinin 15 min dollara qədər qalxa biləcəyini deyib. Bitcoin-in ilk sərmayədarlarından olan və açıqlamaları bazar tərəfindən nəzərə alınan Tyler Winklevossun bu açıqlaması da dünyanın ən böyük kriptovalyuta vahidinə qarşı qavrayışın müsbət istiqamətdə dəyişməsinə yardım edib.
FAİZ ENDİRİMİ EHTİMALI DƏSTƏKLƏYİR
Həmçinin analitiklər ötən həftə mərkəzi banklar tərəfindən verilən bəyanatların kriptovalyutaları dəstəkləndiyini bildirirlər. ABŞ, Avstraliya və Avropa mərkəzi bankları ard-arda verdikləri bəyanatlarla faiz endirimi siqnalı veriblər. Bu da dünya üzrə ölkə istiqraz gəlirliliklərinin düşməsinə səbəb olub. Hətta Almaniya və Fransada istiqraz faziləri sıfırdan aşağı düşüb. Bu da investorları fərqli alətlərə istiqamətləndirib.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 5 d. əvvəl
- 17 d. əvvəl
-
18 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 51 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası

















.jpg)





