Ekrem İmamoğlu Binalı Yıldırımla fərqi 59 dəfə artırıb
Təkrar keçirilmiş İstanbul Böyükşəhər Bələdiyyə sədri seçkisini rəsmi olmayan nəticələrə görə, Millət İttifaqının namizədi Əkrəm İmamoğlu (Ekrem İmamoğlu) qazanıb.
Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) açıqladığı aktlarına görə, 31 Martda keçirilmiş seçkidə Əkrəm İmamoğlu Binali Yıldırımdan 13 min 729 daha çox səs toplamışdı. Rəsmi olmayan nəticələrə görə, 23 İyunda keçirilmiş seçkidə rəqibindən 806 min 415 səs fərq ilə seçkini qazanan İmamoğlu, Binalı Yıldırımla yarışda fərqi 31 Mart ilə müqayisədə təxminən 59 dəfə (58,738) artırıb.
"Marja" xəbər verir ki, 10 milyon 570 min 222 seçicinin olduğu İstanbulda qurulan 31 min 186 qutunun 30 min 989-u açılıb. Rəsmi olmayan nəticələrə görə, qutularının 99,37%-i açılıb. Seçkidə 8 milyon 868 min 664 səs verilib və bu səslərin 8 milyon 696 min 552-si etibarlı sayılıb. Seçkidə iştirak nisbəti 84,42% olub.
CHP İstanbul Böyükşəhər Bələdiyyə namizədi Əkrəm İmamoğlu 4 milyon 741 min 868, AKP İstanbul Böyükşəhər Bələdiyyə namizədi Binalı Yıldırım isə 3 milyon 935 min 453 seçicinin səsini alıb. İmamoğlunun səs nisbəti 54,21 faiz, Yıldırım səs nisbəti 44,99% olaraq reallaşıb. İki namizəd arasında səs fərqi 806 min 415 olub.
Digər tərəfdən, ləğv edilən 31 Mart seçkisində İmamoğlu səslərin 48,77%-ni, Yıldırım 48,61%-ini yığmışdı. Bu seçkidə İmamoğlu 4 milyon 169 min 765, Yıldırım isə 4 milyon 156 min 36 seçicinin səsini almışdı. İki namizəd arasında səs fərqi 13 min 729 olaraq reallaşmışdı.
Yenilənən İstanbul Böyükşəhər Bələdiyyə sədri seçkisində, namizədlərin 31 Martda topladığı səs nisbəti ilə 23 İyun seçkisində topladığı səs nisbəti arasında mühüm dəyişikliklər baş verib.
CHP-nin namizədi Əkrəm İmamoğlu bütün rayonlarda səs nisbətini artırıb, AKP-nin namizədi Binali Yıldırımın səs nisbəti bütün rayonlarda düşüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "İstanbulu uduzmaq, bütün Türkiyəni uduzmaq deməkdir" demişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 23 d. əvvəl
- 35 d. əvvəl
- 41 d. əvvəl
-
44 d. əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
Ən çox oxunanlar
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb

















.jpg)







