Ən yuxarı (mobil)_30

Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəis təyin edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəis təyin edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev "Ə.N.Nağıyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında"  Sərəncam imzalayıb.

 

Sərəncam ilə, Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi təyin edilib.

 

Əli Nağıyev Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı  Mübarizə Baş İdarəsidə rəis müavini idi.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Qeyd edək ki, Prezidentin digər sərəncamı ilə, Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib. Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.


 

Nağıyev Əli Nağı oğlu 

 

1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 

 

2004-cü ildə Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin olunub. 2006-cı ildə isə general-mayor hərbi rütbəsi verilib.

 

11 aprel 2011-ci il tarixli sərəncamla Milli Təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilib.

 

Elə həmin il Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Əli Nağıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

 

Ötən il isə Əli Nağıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

20.06.2019 15:50
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18