Bank Respublika və AKİA regionlarda fermerlərə birgə dəstək göstərəcək
İyunun 20-də Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və ölkənin aparıcı banklarından biri olan Bank Respublika Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.
Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Memorandumun məqsədi AKİA-nın müvəkkil kredit təşkilatlarından biri olan Bank Respublika ilə əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdır.
Sənədi AKİA tərəfindən agentliyin sədri Mirzə Əliyev, Bank Respublika tərəfindən isə, bankın İdarə Heyətinin sədri Tariyel İsmayılov imzalayıb.
“Dövlətin aqrar sahədə tətbiq etdiyi güzəştlərdən faydananlar təkcə fermerlər deyil. Aparılan islahatlar, tətbiq edilən güzəştlər iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafına xidmət edir. Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitlərindən istifadə ilə verilən güzəştli kreditlər, kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı bankların, kənd təsərrüfatı texnikası və damazlıq heyvan təchizatçılarının, sığorta və lizinq şirkətlərinin də müştəri şəbəkəsinin genişlənməsinə səbəb olur. Bunun müqabilində dövlət də həmin sahibkarlardan aparılan islahatlara dəstək istəyir. Bu memorandumu imzalamaqda məqsədimiz fermerlərin məlumatlandırılmasında və aqrar sahədə biliklərinin genişləndirilməsində Bank Respublikanı özümüzə tərəfdaş görmək istəyimizdir” – Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev belə deyib.
“Bank Respublika sahibkarlığın və xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə hər zaman dəstək olub. Bu baxımdan, aqrar sahənin inkişafına birbaşa dəstək verən dövlət qurumu ilə - Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlığımız bizə real sektorun dəstəklənməsi istiqamətində geniş imkanlar yaradır. Agentlik ilə əməkdaşlıq çərçivəsində bankımıza ayrılan güzəştli kreditlər kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsində mühüm rol oynayır. Bank Respublika qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli məhsulların istehsalının artırılması, məşğulluğun təmin olunması istiqamətində işlər görməyə davam edəcək” - deyə, bankın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
Əməkdaşlıq memorandumu çərçivəsində fermer və sahibkarlar üçün birgə təlimlərin keçirilməsi, məlumatlandırma və reklam kampaniyalarının, seminarların təşkili nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
17 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
-
27 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 30 d. əvvəl
- 32 d. əvvəl
-
46 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
48 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq























