“Dövlət istiqrazlarında faizin aşağı düşməsini müsbət faktor kimi qiymətləndiririk”
Maliyyə Nazirliyi dövlət istiqrazlarına tələbin təklifdən dəfələrlə yüksək olması nəticəsində faizlərin aşağı düşməsini müsbət hal kimi qiymətləndirir.
“Marja”nın məlumatına görə, bunu Azərbaycanın Maliyyə naziri Samir Şərifov AzTV-də yayımlanan “Günün Nəbzi” verilişində deyib.
“Maliyyə Nazirliyinin istiqrazları Azərbaycanda vacib alətdir. Ona görə ki, pulun dəyərini müəyyənləşdirən alətdir. İki həftə əvvəl bizim buraxdığımız istiqrazlara tələb yerləşdirilən məbləği 5 dəfə üstələmişdir. Nəticədə 2 illik istiqrazların gəlirliliyi 7% səviyyəsində qərarlaşmışdır. 18 İyun 2019-cu il tarixində Bakı Fond Birjasında keçirilmiş hərracda 1 illik dövlət istiqrazının faiz dərəcəsi 6,6% səviyyəsinə enmişdir. Bunlar kifayət qədər müsbət hallardır. Bu onu gösətərir ki, pul kütləsi olsa da faiz dərəcələri tədricən azalmaqda davam edir. Biz bunu müsbət faktor kimi qiymətləndiririk”,- nazir bildirib.
8 iyun 2019-cu il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0104006744 ISIN kodlu, tədavül müddəti 364 gün olan 25 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib. İnvestorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 117 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 25 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 93.8119 (gəlirlilik 6.6326%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 16 iyun 2020-ci ildir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















