Avtomobil sektoru hökumətə 12 təklif göndərir – SİYAHI
Köhnə avtomobillərin idxalına məhdudiyyətlərin sərtləşdirilməsi üçün hərəkətə keçildi.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) Azərbaycan Respublikası Nazirlər Kabineti və digər dövlət orqanlarına təkliflər göndərməyə hazırlaşır. Təkliflər Azərbaycan avtomobil sektorunda yaranmış vəziyyətdən çıxış yollarını, hərəkətin təhlükəsizliyi və ekologiya problemləri ehtiva edəcəkdir.
YENİ MODELLƏRİN BAHA OLMASI ÖLKƏYƏ KÖHNƏ AVTOMOBİLLƏRİN DAHA ÇOX DAŞINMASI İLƏ NƏTİCƏLƏNİB
Öncə qısa şəkildə qeyd edək ki, 2014-cü ilin fevral ayında kreditləşdirməyə qoyulan məhdudiyyətlər yeni avtomobil satışlarının ciddi azalmasına səbəb olmuşdur. 2015-ci ilin yanvar və dekabr aylarında baş verən 2 devalvasiya avtomobillərin qiymətinin milli valyutada 2 dəfədən artıq qalxması ilə nəticələnmişdir. 2015-ci ilin yanvarında yeni aksiz vergisi, 2017-ci ilin yanvarında yeni aksiz vergisi, 2018-ci ilin yanvar ayında yeni gömrük rüsumu və 2019-cu ilin yanvar ayında yeni aksiz vergilərinin tətbiq edilməsi bir çox modellərin qiymətini mövcud müştərilərin əksəriyyəti üçün əlçatmaz səviyyəyə qaldırmışdır.
Avtomobil sektorundakı bu depressiyanın nəticəsində çox sayda diler salonu bağlanmış, dilerlərin illərlə külli miqdarda vəsait xərcləyib yetişdirdiyi dəyərli mütəxəssislərin 50%-ə qədəri işini itirmişdir. Bu gün diler şirkətləri investisiya planlarını təxirə salır, ehtiyat hissə anbarları saxlamağa çətinlik çəkirlər ki, bütün bunların nəticələri çox acınacaqlı ola bilər. Ölkəyə yeni yox, mənəvi və texniki cəhətdən köhnəlmiş, yararsız, təhlükəli avtomobillərin kütləvi surətdə gətirilməsi göz qarşısındadır.
3 SAAT GƏRGİN MÜZAKİRƏLƏR APARILIB
“Marja”nın əldə etdiyi məlumata görə, bütün bu məsələlər AADA-nın 4 iyun 2019-cu il tarixində keçirilən Ümumi Toplantısında müzakirə olunub. Üç saat davam edən gərgin müzakirələrdən sonra qərara alınıb ki, Azərbaycan avtomobil sektorunda yaranmış vəziyyətdən çıxış yolları, hərəkətin təhlükəsizliyinin artırılması və ekologiya problemlərin azaldılması barədə təkliflər paketi hazırlansın. AADA - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) üzv olsun və bu qurumun dəstəyi ilə təkliflər paketi Azərbaycan Respublikası Nazirlər Kabineti və digər dövlət orqanlarına təqdim olunsun.
Toplantıda səslənən çıxışların əsasında təkliflər paketinə aşağıdakı məsələlər daxil ediləcəkdir:
1.Köhnəlmiş avtomobillərin idxalına məhdudiyyətlərin sərtləşdirilməsi, avtomobillərə ilindən asılı olaraq məhdudiyyət qoyulması.
2. Yeni avtomobillər üçün imtiyaz və güzəştlərin verilməsi, idxal şərtlərinin yüngülləşdirilməsi.
3. Ekoloji təmiz avtomobillərin idxalı və istismarının təşviq edilməsi.
4. Avtomobil kreditinin bütün dünyada olduğu kimi digər istehlak kreditlərindən fərqləndirilməsi.
5. Avtomobil kreditlərində minimal ilkin ödəniş tələbinin 20-25%-ə endirilməsi.
6. Kreditləşmə zamanı yaranan əlavə maneələrin ləğv edilməsi.
7. Avtomobillərin dövriyyədən çıxarılması və ixracının asanlaşdırılması.
8. Xarici qeydiyyatlı avtomobillərin ölkə ərazisində qalma müddətinin azaldılması.
9. Ölkəyə saxta ehtiyat hissələrinin idxalının qadağan olunması.
10. Ölkədə sivil 2-ci əl avtomobil bazarının formalaşmasının təşviq edilməsi.
11. Hüquqi şəxslərin avtoparklarının yenilənməsi üçün maliyyələşdirmə alətlərinin təşviq edilməsi.
12. Rəsmi idxalçılar üçün gömrük anbarı və eləcə də müvəqqəti idxal imkanlarının yaradılması.
“AZƏRBAYCANA METAL-ZİBİL DAŞINIR”
AADA-nın toplantısında qeyd edilib ki, Azərbaycanda qeydiyyatda olan avtomobillərin 77%-nin yaşı 10 ildən çoxdur.
“Yaşı 10-ildən çox olan avtomobillərin sayı 900 minə yaxınlaşır ki, bu da ümumi avtomobil parkının 77 faizidir. Yaşı 2-dən az olan minik avtomobillərinin payı isə cəmi 1 faizdir. İlk baxışdan, 2016-cı ildən başlayaraqavtomobil idxalında müşahidə olan artım insanı sevindirir. Lakin öyrənəndə ki, məsələn, 2018-ci ildə gətirilən avtomobillərin 61 faizi köhnədir, bu sevincdən əsər-əlamət qalmır. Avropada tədricən sıxışdırılan köhnə dizel avtomobilləri Azərbaycana daşınır. Son 2 ildə dizel avtomobil idxalı 13 dəfə artıb. Belə çıxır ki, dəyərli valyutanı xərclənib, yeni avtomobillər əvəzinə metal-zibili gətirilir. Sonra da, onlara ehtiyyat hissələri daşınır. Bu həm iqtisadiyyata, həm təhlükəsizliyə, həm ekologiyaya, həm də ölkənin imicinə ciddi zərbədir. Bütün bunları nəzərə alaraq AADA Azərbaycan Respublikası Nazirlər Kabinetinə və aidiyyatlı qurumlara təkliflər paketi ünvanlamağı qərara aldı. Ümumiyyətlə hər hansı biznes sektorunun fəaliyyətini tənzimləyən sənəd və qanunlar hazırlayarkən, həmən sektorun nümayəndələri və birlikləri ilə məsləhətləşmələr aparmaq bütün dünyada, eləcə də ölkəmizdə normal haldır”,- İdarə Heyətinin üzvləri çıxış edərək bildiriblər.
Məlumat üçün bildirək ki, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) avtomobil sektorunda çalışan biznes subyektlərinin fəaliyyətini koordinasiya edir və onları dövlət qurumları ilə əlaqələndirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)






