“Depozit portfelimiz o qədər sürətlə artır ki, xarici kreditlər bizə lazım olmayacaq”
“AccessBank” yaxın 1-2 il ərzində xaricdən kredit cəlb edəcəyini gözləmir.
“Marja”nın məlumatına görə, bunu AccessBank-ın təşkilatçılığı ilə keçirilən biznes forumda Bankın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.
“Depozit portfelimiz o qədər sürətlə artır ki, bizim daxili proqnozlar ilə, yazın 1-2 il ərzində xarici kreditlərdən istifadə etmək bizə lazım olmayacaqdır. Depozitlərin yerli valyutada artması kreditləşmənin yerli valyutada aparılmasına kömək edir”.
Anar Həsənov qeyd edib ki, hər ay "AccessBank"ın depozit portfeli 20-30 milyon manat civarında artır. Eyni zamanda, Bank tərəfindən hər ay təxminən 30 milyon manatlıq 5000 kredit verilir.
Bankın sədri əlavə edib ki, depozitlərin sürətlə artmasının səbəbləri əmanətlərin tam sığortalanmasının daha bir il uzadılması, ölkdə iqtisadi aktivliyin, əhalinin gəlirlərinin artması və səhmdarları nüfuzlu beynəlxalq təşkilatlar olduğundan “AccessBank”a olan əlavə inamdır.
Anar Həsənov vurğulayıb ki, hedc qiymətləri yüksək olduğundan xaricdən kredit cəlb etmək sərf etmir: “1,5% ilə yerli bazardan xarici valyutada vəsait cəlb etmək daha sərfəlidir. Artıq verdiyimiz kreditlərin də 97%-i milli valyuta ilədir. Xarici valyuta ilə kreditlər yalnız gəliri xarici valyutada olan müştərilərə ayrılır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
40 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
41 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 49 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir

























