Azercell yeni aylıq Rominq İnternet Paketini təqdim edir
(®) Rominq zamanı internet xidmətindən istifadəni abunəçiləri üçün daha əlçatan və rahat etməyi hədəfləyən Azercell, müştərilərinin xaricdə faydalana biləcəyi yeni Aylıq Rominq İnternet Paketini təklif edir.
Artıq Azercell abunəçiləri 39.90 AZN ödəməklə 3 GB həcmində Aylıq Rominq İnternet Paketlərindən yararlana biləcəklər.
Qeyd edək ki, Azercell abunəçiləri Günlük 100 MB həcmində Rominq İnternet Paketini 3.90 AZN, 3 günlük 400 MB həcmində Rominq İnternet Paketini 9.90 AZN və 14 günlük 1 GB həcmində Rominq İnternet Paketini 19.90 AZN ödəməklə sifariş edib, gözlənilməz internet xərclərinin qarşısını almaq fürsətindən istifadə edə bilərlər.
Azercell-in Rominq İnternet paketləri dünyanın 53 ölkəsində fəaliyyət göstərən 80 operatorun şəbəkəsində qüvvədədir və siyahı daim yenilənir. Əlavə olaraq, Türkiyə, Gürcüstan, ABŞ, Qətər, Belarus, Finlandiya, Özbəkistan, Yeni Zelandiya, BƏƏ, Çin, Rusiya, Qazaxıstan, Ukrayna, Tacikistan və Moldova kimi populyar istiqamətlərdə rominq internet paketləri bütün şəbəkələrdə etibarlı olduğundan, Azercell abunəçiləri prioritet operatoru seçmək zərurətinə ehtiyac duymadan, istənilən şəbəkədə internet xidmətindən istifadə etmək imkanına malikdirlər.
Dünyanı Azercell-in ən sərfəli Rominq İnternet Paketləri ilə səyahət edin! Sizə ən uyğun Rominq İnternet Paketini seçib, bu yay rominqdə Azercell-lə onlayn olun!
Daha ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/roaming/internetroaming/ səhifəsinə daxil olun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 24 d. əvvəl
-
1 saat əvvəl
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
-
1 saat əvvəl
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
-
11 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
Ən çox oxunanlar
İranda dolların qiymətində yeni rekord
Nazir müavini işdən çıxarıldı
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ





















