Almaniyanın maliyyə təşkilatının Azərbaycan bankında payı artıb
Ötən il Almaniya İnvestisiya və İnkişaf Təşkilatının (DEG - Deutsche Investitions - und Entwicklungsgesellschaft mbH) Azərbaycanın “Bank Respublika” ASC-də payı artıb.
“Marja” Bankın İllik hesabatına istinadən xəbər verir ki, əsas səhmdar Quliyev Natiq Saday oğlunun payı 2017-ci ilin sonunda 45.67% ikən, 2018-ci ilin sonunda 43.96%-ə düşüb. DEG-in payı isə 10.86%-dən 16.60%-ə yüksəlib.
Həmçinin Quliyev Elçin Saday oğlunun, Quliyeva Sevda Saday qızının, Quliyev Saday Əsəd oğlunun, Quliyeva Mariya Heydər qızının və SIDT-nin (Sparkassen International Development Trust GmbH) payları azalıb.
Ötən il səhmdarlar sırasına qoşulmuş yeni ad Rəhimov Şakir Xəyyam oğludur. Onun Bankın nizamanə kapitalında 5.45% payı var.
Qeyd edək ki, 2018-ci ildə "Bank Respublika"nın nizamnamə kapitalı 16 milyon manat artırılaraq 57 milyon 461 min manatdan 73 milyon 461 min manata qaldırılıb.
Banka Quliyev Natiq Saday oğlu nəzarət edir. Ötən ilin konsolidə edilmiş maliyyə hesabatları İdarə Heyəti tərəfindən 31 may 2019-cu il tarixində təsdiq edilmişdir.
Qeyd edək ki, 31 dekabr 2018-ci il tarixinə tamamlanan Mənfəət və Zərər haqqnda Konsolidə edilmis Hesabata görə, "Bank Respublika" ASC 2018-ci ili 9 milyon 49 min manat xalis mənfəət ilə başa vurub. Ötən il, bankın əməliyyat gəlirləri 60% artaraq 45 milyon 412 min manat təşkil edib. "Bank Respublika" 2017-ci ildə 28 milyon 421 min manat əməliyyat gəliri əldə etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
9 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
40 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
41 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 49 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda doğum azalıb, ölüm artıb
Yanvarın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir



























