37 milyard dollarlıq sərvətinin yarısını bağışlayacaq
Nəhəng elektron ticarət şirkəti Amazon-un qurucusu və dünyanın ən varlı adamı qəbul edilən 55 yaşındakı Jeff Bezos-dan boşanmasından sonra təxminən 37 milyard dollarlıq sərvətin sahibi olan 48 yaşındakı MacKenzie Bezos, mirasının yarısını bağışlayacağını açıqlayıb.
"Marja" xəbər verir ki, MacKenzie Bezos yaydığı yazılı açıqlamasında, boşanmadan əldə etdiyi 37 milyard dollarlıq sərvətin yarısını ''Giving Pledge'' adlı xeyriyyə hərəkətinə bağışlayacağını bildirib.
Paylaşmaq üçün xeyli pulu olduğunu qeyd edən Bezos, "Kassam boşalana qədər kömək etməyə davam edəcəyəm" ifadələrini istifadə edib.
37 MİLYARD DOLLARLIQ BOŞANMA
Amazon-un qurucusu və dünyanın ən zəngin adamı olan 55 yaşındakı Jeff Bezosdan boşanan MacKenzie Bezos, təxminən 37 milyard dollarlıq sərvətin sahibi olmuşdur.
Cütlüyün boşanma razılaşmasına görə, MacKenzie dünyanın ən dəyərli şirkəti olan Amazonda 35,6 milyard dollar dəyərində payını qoruyur.
Jeff Bezosun 1994-cü ildə evinin qarajında qurduğu Amazon-un ilk işçilərindən biri yazıçı həyat yoldaşı MacKenzie olmuşdu. 1993-cü ildə evlənən cülüyün 4 uşağı var.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Forbes jurnalına görə, Amazon-dakı səhmləri MacKenzie Bezosu dünyanın ən zəngin 3-cü qadını edərkən, Jeff Bezos dünyanın ən zəngin adamı olmağı davam etdirəcək.
Jeff Bezosun yalnız Amazondakı səhmləri 107 milyard dollar dəyərindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 28 d. əvvəl
-
- 34 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb





















