AccessBank-da əsas səhmdarının nümayəndə heyətilə görüş - İNKİŞAF STRATEGİYASI MÜZAKİRƏ EDİLİB
AccessBank-ın əsas səhmdarı bankın və ölkə iqtisadiyyatının inkişafına inanır
AccessBank-ın rəhbərliyi və Asiya İnkişaf Bankının (AİB) maliyyə və risk menecmenti üzrə vitse-prezidenti İngrid van Veesin (Ingrid van Wees) rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, görüşdə AccessBank-ın inkişaf strategiyası və bank sektorunda baş verən proseslər müzakirə olunub.
AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, AİB kimi nüfuzlu beynəlxalq maliyyə institutunun bankın səhmdarları sırasına daxil olması olduqca mühüm amildir: "AİB ilə AccessBank-ın əməkdaşlığının uzun tarixi mövcuddur və biz bu tərəfdaşlığa xüsusi önəm veririk. Son proseslər fonunda AİB AccessBank-ın etibarlı tərəfdaşı olduğunu bir daha isbat etdi. Əminəm ki, AİB-in AccessBank-ın səhmdarına çevrilməsi bankın inkişafına çox güclü təkan verəcək".
Sədr xatırladıb ki, kapitallaşma prosesindən əvvəl investorlarla danışıqlar prosesində AccessBank-ın 5 illik strateji planı hazırlanıb: "Plana əsasən, biz kredit portfelimizi aktiv şəkildə artırmağı, o cümlədən yüksək gəlirlilik səviyyəsinə qayıtmağı planlaşdırırıq. Bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən əhaliyə göstərilən maliyyə xidmətərinin inkişafında aktiv iştirak etmək də daxildir".
Öz növbəsində İngrid van Vees qeyd edib ki, AİB ölkə iqtisadiyyatının müsbət inkişaf dinamikasına və AccessBank-ın biznes planına inanır: "Mart ayında uğurla başa çatdırılan kapitallaşma prosesi bankı zəruri resurslarla təmin edib və bunun hesabına AccessBank müştərilərinin artan maliyyə ehtiyaclarını qarşılaya biləcək".
Xatırladaq ki, hazırda AccessBank-ın səhmdar kapitalının 19.90%-i Asiya İnkişaf Bankına məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
23 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
-
- 24 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib



























