Azərbaycanda birja indeksinin formalaşdırılması şərtləri açıqlandı
Azərbaycanda birja indeksinin formalaşdırılması nəzərdə tutulur.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədrinin müşaviri Rəşad Ağayev bildirib.
“İndeksləşmə üçün başlıca şərt listinqdə yetərli sayda səhmlərin olmasıdır. Bir qayda olaraq beynəlxalq birjalarda indeksləşmə 25, 30, 50, 100 və daha çox emitentlərin səhmləri üzrə qruplaşmanın nəticəsində baş verir. İndekslər həmçinin investisiya alətindən əlavə olaraq birjanın bençmark indikatoru kimi istinad olunur. Strateji Yol Xəritələrində müəyyən edilmiş hədəflərə uyğun olaraq, Bakı Fond Birjasında birja indeksinin formalaşdırılması nəzərdə tutulur”, - deyə R. Ağayev vurğulayıb.
Onun sözlərinə görə, şirkətlərin listinqə maraq göstərməsi üçün ilkin olaraq onların kütləvi təklif və ya birja vasitəsilə maliyyələşməyə maraq göstərməsi vacibdir.
Burada rol oynayan əsas iki amil şirkətlərin bu yolla maliyyələşməyin mümkün olmasına dair məlumatlı olması və listinq tələblərinə cavab verməsidir, R.Ağayev bildirdi.
“Hələ də ənənəvi maliyyələşmə metodu borc-kredit hesab edilir və məhz bu səbəbdən Maliyyə Bazarlarına Nəzarət Palatası kapital bazarları vasitəsilə maliyyələşməni təşviq edən tədbirlər təşkil edir. Digər tərəfdən cari ilin aprel ayında Bakı Fond Birjası Birjanın yeni listinq qaydaları qüvvəyə mindi. Listinq qaydalarını emitentlər üçün tələbləri sadələşdirilərək optimallaşdırdıq. Bununla da baş tutacaq listinqlərin daha səmərəli şəraitdə həyata keçirilməsinə zəmin yaratdıq”, - Palatasının İdarə Heyətinin sədrinin müşaviri qeyd etdi.
R.Ağayev xatırlatdı ki, hazırda səhm və istiqrazların listinqi üzrə 3 bazar seqmenti fəaliyyət göstərir. Onun sözlərinə görə, səhm bazarında əsas və standart bazar seqmentlərində 5 səhmdar cəmiyyətin, alternativ semqentdə isə 900-dən artıq səhmdar cəmiyyətin səhmləri listinqdədir. İstiqraz bazarında əsas bazar semqentində dövlət istiqrazları, Mərkəzi Bankın notları, ipoteka istiqrazları, SOCAR istiqrazları və Paşa Yatırım Bankasına məxsus istiqrazlar ticarət olunur.
“İstiqrazların standart bazar seqmentində 10 korporativ istiqraz, alternativ bazar seqmentində isə 5 korporativ istiqraz listinqdədir”, - deyə R.Ağayev bildirdi.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















