AccessBank-ın rəhbərliyi yenidən formalaşdırıldı - YENİ TƏYİNATLAR
"AccessBank" QSC-nin Müşahidə Şurasının yeni tərkibi açıqlanıb. Müvafiq qərar bankın səhmdarlarının ümumi yığıncağında qəbul olunub.
Bankın yaydığı məlumatda bildirilir ki, qərara əsasən, Oleq İvaniyçuk "AccessBank"ın Müşahidə Şurasının sədri seçilib. Cənab İvaniyçuk "responsAbility Investments AG" investisiya şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ildən etibarən Restrukturizasiya bölməsinə rəhbərlik edir.
Bununla yanaşı, Corc Rubli (George Rublee), Dariuş Katsprşik (Dariusz Kacprzyk) və Verner Klas (Werner Claes) Müşahidə Şurasının yeni üzvləri kimi fəaliyyətə başlayıblar.
Cənab Rubli 2010-cu ilin noyabr ayından etibarən Asiya İnkişaf Bankında Korporativ bərpa üzrə baş mütəxəssis vəzifəsində çalışır. O, həmçinin Asiya İnkişaf Bankının Risklər üzrə katibliyinə də rəhbərlik edir.
Dariuş Katsprşik 2018-ci ilin iyun ayından etibarən Polşanın tənzimləyici qurumu tərəfindən "Bank BPS SA"-nın bərpası üzrə idarəedici vəzifəsində çalışır. Bunadək təcrübəli mütəxəssis bir sıra iri banklarda rəhbər vəzifələrdə işləyib.
Verner Klas 2008-ci ildən etibarən "International Financial Consulting Ltd." şirkətində baş hüquqşünas və "BVBA Global Financial Consulting" şirkətində baş direktor vəzifələrində çalışır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
2014-cü ildən "AccessBank"ın Müşahidə Şurasının üzvü olan Rayner Müller-Hanke sözügedən vəzifədə fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, sözügedən dəyişikliklərə qədər Müşahidə Şurasının sədri Yan Klasen idi. Onun rəhbərlik etdiyi Şura Rayner Müller-Hanke ilə yanaşı, Sayed Aftab Ahmed, Tomas Enqelhardt və Emre Yıldız kimi təcrübəli mütəxəssislərdən ibarət olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 20 d. əvvəl
-
-
47 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 49 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Qızıl daha da ucuzlaşıb
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Ən çox oxunanlar
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub





















