Ötən il 56 milyon zərər yaranmışdı, bu il 124 milyon manat mənfəət əldə edilib
Gəlirlərin artması və ehtiyatlara ayırmaların azalması ilə bank sektoru xalis mənfəətə çıxıb.
2019-cu ilin 1-ci rübündə bankların cəmi gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 628,4 milyon manat, cəmi xərcləri (faiz və qeyri-faiz xərcləri) isə 449,3 milyon manat təşkil edib.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Paltasının statistikasına istinadən xəbər verir ki, cəmi gəlirlər cəmi xərcləri üstələdiyindən bank sektorunun 179.1 milyon manat əməliyyat mənfəəti formalaşıb. Əməliyyat mənfəətinin 63.1 milyon manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. 23.4 milyon manat digər gəlirlər daxil vergilər ödənilənədək mənfəət 139.4 milyon manat təşkil edib. Banklar ilk rübdə 15.5 milyon manat mənfəət vergisi ödəyiblər. Nəticədə, bank sektoru ilk rübü 123.9 milyon manat xalis mənfəət ilə başa vurub.
BANK SEKTORU ÖTƏN İLİN İLK RÜBÜNDƏ ZƏRƏRDƏ İDİ
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci rübündə bankların cəmi gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 542,5 milyon manat, cəmi xərcləri (faiz və qeyri-faiz xərcləri) isə 394,6 milyon manat təşkil etmişdi. Gəlirlər xərcləri üstələdiyindən 147.9 milyon manat əməliyyat mənfəti formalaşmışdı. Banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 197.5 milyon manat ayırdığından 55.9 milyon manat zərər yaranmışdı.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
2018-ci ilin ilk rübündə bank sektorunun faiz gəlirləri 428 milyon manat ikən, 2019-cu ilin ilk rübündə 483.2 milyon manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 114.5 milyon manatdan 145.2 milyon manata qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
4 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım























