Palata qiymətli kağızlar bazarının icmal göstəricilərini açıqladı
Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, 2019-cu ilin I rübü ərzində qiymətli kağızlar bazarında ümumilikdə 5 milyard 663.5 milyon manat həcmində əməliyyat aparılıb.
Əməliyyatların 73.2%-i (4 milyard 144.8 milyon manat) ilkin bazarda, 26.8%-i (1 milyard 518.7 milyon manat) isə təkrar bazarda aparılıb. Belə ki, cari ilin yanvar-mart ayları ərzində qiymətli kağızların ilkin bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% (1 milyard 103.2 milyon manata) artıb.
Korporativ qiymətli kağızlar
2019-ci ilin ilk rübü ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin 3.3 dəfə artmasına səbəb olub. Əlavə olaraq korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 12 dəfə artaraq 444 milyon manata çatıb. Ümumilikdə, ölkənin korporativ qiymətli kağızlarının ilkin bazarında 37% artım müşahidə olunub.
Dövlət qiymətli kağızları
Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 41% (2 milyard 608.2 milyon manat) artaraq 3 milyard 671.8 milyon manat təşkil edib. Bunun 227.5 milyon manatını Maliyyə Nazirliyinin istiqrazları, 3 milyard 444.3 milyon manatını isə Mərkəzi Bankın notları təşkil edib. Dövr ərzində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 8 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 13 hərrac keçirilib və müvafiq olaraq, 151.8 milyon manat və 3 milyard 363.1 milyon manat məbləğində yerləşdirmə olub.
Repo və əks-repo əməliyyatları
Hesabat dövründə repo əməliyyatlarının ümumi məbləği 101 milyon manat olub. Dövlət istiqrazları ilə bağlanan repo əməliyyatların həcmi ötən illə müqayisədə 16% artaraq 92.6 milyon manat təşkil edib.
2019-cu ilin I rübü üzrə qiymətli kağızlar bazarına dair statistik məlumatlar icmal göstəricilərdə öz əksini tapıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır


















