Azərbaycan istehsalı olan aviasiya bombasının əsas göstəriciləri açıqlanıb
Azərbaycan istehsalı olan “QFAB-250 LG” aviasiya bombasının göstəriciləri açıqlanıb.
Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elmi-Tədqiqat İnstitutunun baş direktoru Novruz Abdullayev açıqlamasında silahın inert nümunəsinin İstanbulda keçirilən “IDEF-2019” beynəlxalq müdafiə sənayesi sərgisində ilk dəfə nümayiş etdirildiyini bildirib.
Onun sözlərinə görə, lazer güdümlü, 250 kiloqram çaplı qəlpəli-fuqaslı aviasiya bombası MSN-in Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin “ASELSAN” şirkətinin birgə hazırladığı layihə əsasında yaradılıb:
"Bombardmançı qırıcı təyyarələr üçün nəzərdə tutulan bomba çox yüksək dəqiqliyə malikdir. Silahın iş prinsipinə görə, hədəf böyük, güclü lazer göstəricisi vasitəsilə işıqlandırılır. Bomba bombardmançı qırıcı təyyarədən atıldıqdan sonra ön hissəsindəki başlıq vasitəsilə hədəf nöqtəsi tapılır və məhv edilir. Silahın döş hissəsi qəlpəli-fuqaslı bombadır və radiusu yüz metrdən çoxdur. Bombanın sabitləşdirici hissəsi Türkiyənin “ASELSAN” şirkətinin məhsuludur. “QFAB-250 LG” aviasiya bombası NATO standartlarına uyğun yaradılıb. Bomba canlı qüvvəni və hədəfləri anında məhv etmək üçün yüksək səviyyədə hazırlanıb”.
N.Abdullayev deyib ki, bomba təyyarədən atıldıqdan sonra atılma istiqamətindən asılı olmayaraq, koordinatları əvvəlcədən onun yaddaşına daxil edilmiş hədəfə yönəlir:
"Eyni zamanda yeni məmulatda əlavə olaraq bərk yanacaqlı mühərrik də qurulub. Bu da onun uçuş məsafəsinin dəfələrlə artırılmasına imkan verir. Biz yeni dəqiqləşdirilmiş yol xəritəsi işləyəcəyik və bununla da bombanın nə vaxt və harada sınaqdan keçiriləcəyi məlum olacaq”.
Nazirlik rəsmisi “QFAB-250 LG”-nin yalnız Azərbaycan Ordusunda deyil, postsovet ölkələrində də silahlanmaya qəbul ediləcəyini istisna etməyib: “Bu bomba daxili təlabat və ixrac üçün nəzərdə tutulub”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 6 d. əvvəl
-
-
37 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti























.jpg)






