"Azərxalça" əhalidən yun alışına başlayıb - TƏLƏBLƏR
Hazırda Sumqayıt Kimya-Sənaye Parkında "Azərxalça"nın Yunəyrici-Boyaq Fabrikinin inşası sürətlə davam etdirilir. Həmin fabrikin xamalla təminatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında Regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb.
Aprelin 30-da "Azərxalça" ASC-nin Qobustandakı regional məntəqədə yun qəbuluna başlanılıb.
"Marja" xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə "Azərxalça"nın İdarə Heyətinin sədri Vidadi Muradov iştirak edib.
O, xalçaçılığın inkişafı, onun xammal bazasının yaradılması istiqamətində görülən işlərdən danışaraq deyib ki, son illər bu sahənin inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində emalatxanaların fəaliyyətə başlaması xalça toxunması üçün xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Yunəyrici-Boyaq Fabrikinin və regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması idxaldan asılılığı tamamilə aradan qaldıracaq. Tədarük məntəqələri heyvandarlığın inkişafına da öz təsirini göstərəcəkdir. Bu, qoyunçuluq təsərrüfatlarının, fermerlərin yun satışı probleminin həllinə imkan verəcəkdir. Regional tədarük məntəqələrinə ildə 1 500 ton yun qəbul olunacaq. Hər tədarük məntəqəsinə 300 ton yun qəbulu nəzərdə tutulub. Qobustandakı tədarük məntəqəsi 14 rayonu əhatə edəcək. Bu məntəqənin imkanlarından Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının, Şəki şəhərinin və Bakı şəhərinin Qaradağ rayonunun sakinləri yararlanacaqlar. Bu işin yüksək səviyyədə təşkili məqsədilə maarifləndirici tədbirlər keçirilib.
V.Muradov yun qəbulu zamanı tətbiq olunacaq standartlar barədə də ətraflı məlumat verib. O, vurğulayıb ki, tədarük məntəqlərində yalnız kirli yun qəbul ediləcək. Yun tədarükü zamanı xalça toxunması üçün iplik istehsalına yararlı olan yunun qəbuluna üstünlük veriləcək. Belə ki, iplik istehsalı üçün yalnız ildə bir dəfə qırxılan, uzunluğu 8 santimetr olan yunun qəbulu həyata keçiriləcək. İplik istehsalına yararlı olmayan yun isə yuyularaq xammal kimi satışa çıxarılacaq. Bunun üçün araşdırma aparılıb, hansı ölkədə belə xammala tələbatın olduğu müəyyənləşdirilib.
Bu məntəqədə növbəti ildən boyaq bitkiləri də qəbul olunacaq. Qobustanın ərazisi boyaq bitkiləri ilə zəngindir. İnsanlar onları toplayıb tədarük məntəqəsinə təhvil verməklə qazanc əldə edər, maddi imkanlarını daha da yaxşılaşdıra bilərlər.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
O da diqqətə çatdırılıb ki, həm yun, həm də boyaq bitkiləri konkret bir fəsildə deyil, bütün ilboyu qəbul ediləcəkdir.
Sonra məntəqəyə ilk yun qəbulu prosesi həyata keçirilib.
Regional məntəqəyə gətirilən məhsul rənginə və ölçüsünə görə çeşidlənəcək. Yun çeşidləndikdən sonra kipləşdiriləcək, onların üzərinə xüsusi yarlıqlar vurulacaq. Həmin yarlıqda yunun rəngi, qəbul tarixi, hansı rayondan alındığı, çəkisi, növü (qaba və incə), nəmliyi barədə məlumatlar öz əksini tapacaq. Məntəqədə kipləşdirilmiş yun Sumqayıtdakı Yunəyrici-Boyaq Fabrikinə təhvil veriləcək.
Qeyd edək ki, bu məntəqədə 24 nəfər daimi işlə təmin olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinləri istehsalı nəzərdən keçirilib
-
7 saat əvvəl
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"İranla danışıqlar müsbət nəticələnməsə, İsrail hərbi variantı nəzərdən keçirəcək"
-
7 saat əvvəl
Azərbaycanda xarici bank kartı ilə ictimai nəqliyyatda ödəniş mümkün olub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
İranın pul vahidi dollar qarşısında tarixi minimumda
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakı Fond Birjası ilə Pakistan Milli Klirinq Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Gömrük Komitəsinin sədrindən ödənişsiz 300 dollarlıq mal gətirilməsi ilə bağlı açıqlama
"Sahibkarlar günü"nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Azərbaycan ərəblər ilə elektrik enerjisi dəhlizinin yaradılması təşəbbüsünü müzakirə edib
Hazır mənzillər ipoteka imkanı ilə "Park Yasamal"da!






.jpg)
.jpg)







.jpg)







