"Bəzən turistlər 2-3 gündən sonra getməyə yer tapmır"
“Əgər biz kütləvi turist axınını istəyiriksə o zaman anlamalıyıq ki, onlar varlı deyil orta təbəqəyə aid olan şəxslərdir”.
Bunu DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.
S.Dübəndinin sözlərinə görə, bu səbəbdən də daha ucuz otellərə ehtiyac var:
“Biz Monako, İsveçrə kimi lüks turizmlə məşğul olmuruq. Adlarını çəkdiyimiz ölkələr az turist qəbul edir, amma bu turistlər varlı qismi təşkil edir. Çalışırıq ki, turistlərin kütləvi səfəri ilə məşğul olaq. Bunu dövlət də belə istəyir, strateji yol xəritələrində də bu cür göstərilir. Həmçinin çalışırıq ki, burada mövsümiliyi aradan götürək və turistlər yay-qış gəlsin. Turist olmayanda otellərin xərcləri çox olur. Kommunal xərcləri, işçilərin əməkhaqqılarını və s. ödəməkdə çətinlik çəkir. Azərbaycanda biznesin inkişafı üçün son illər çox böyük işlər görülür. Xüsusən də KOBİA və Fondun yaradılmasını demək olar. Amma təəssüf ki, hələ də otelçilik biznesi üçün xüsusi imtiyazları görmürük. Burada aşağı vergi yükü olan xüsusi vergi rejimi, dövlət yaxud bələdiyyə balansında olan torpaqların satış yaxud icarə məsələlərinə diqqət yetirilsə yaxşı olar”.
Ekspert bildirib ki, bir sıra regionlarda yüksək təbəqə üçün nəzərdə tutulan otellər var:
“Biz həmçinin turistlər üçün yeni məhsullar, yeni turlar təşkil etməliyik. Bəzən turistlər 2-3 gündən sonra getməyə yer tapmır. Bunun üçün həm də alış.-veriş mərkəzlərinin, safari parklarını və aqua-parkların da səviyyəsini qaldırmaq lazımdır. Biz çalışmalıyıq ki, ölkəyə ilk dəfə gələn turisti qayıdan turistə çevirək”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 18 saat sonra
- 52 d. əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
Ən çox oxunanlar
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb






.jpg)
.jpg)








.jpg)





