İlk rübdə Azərbaycanın idxalı "qızıl alışı ilə" kəskin artıb
2019-cu ilin I rübündə idxaldakı kəskin artım Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən iri partiya qızıl külçə alışı və Azərbaycana gətirilməsi ilə əlaqədardır.
Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“Bu ənənəvi idxal deyil, aktivlərin mübadiləsidir. Bu amil çıxılandan sonra idxalın artımı cəmi 9,7% təşkil edir”, - E.Rüstəmov bildirib.
Xəbər verildiyi kimi, yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 7 mlrd. 620 mln. 126,15 min dollar (2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 37,4%) təşkil edib. Hesabat dövründə ixracın həcmi 4 mlrd. 484 mln. 549,22 min dollar (artım 33,7%), idxalın həcmi 3 mlrd. 135 mln. 576,93 min dollar (artım 43,1%) təşkil edib.
2019-cu ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu 1 mlrd. 348 mln. 972,29 min dollar təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 15,9% çoxdur.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov “Bloomberg” agentliyinə müsahibəsində bildirib ki, 2019-cu ildə qızıl aktivlərinin həcmini 100 tona çatdırmağı planlaşdırır.
2018-ci ilin sonuna ARDNF-in investisiya portfelinin strukturunda qızılın payı 50 min 953,3 kq (1 mln. 638 min 186,3 troya unsiyası), dəyər 2 mlrd. 93,09 mln. dollar təşkil edib.
ARDNF 2012-ci ilin əvvəlindən etibarən qızıl alışına başlayıb. 2012-2013-cü illərdə fond tərəfindən 30 174,89 kq (970 145,51 unsiya) qızıl alınıb. 2014-2017-ci illərdə isə qızıl alınmayıb. 2018-ci ildə ARDNF qızıl alışını bərpa edib və il ərzində 20 min 778,41 kq qızıl alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 21 san. əvvəl
-
- 21 d. əvvəl
-
48 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 50 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib


















.jpg)





